Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

“Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur” – İlham Əliyev

“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib. …

Read More »

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada idmanın inkişafının təmin edilməsi məqsədilə qərara alıram: 1. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur). …

Read More »

Hərbi qulluqçumuz şəhid oldu

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.  Bu barədə BOYUKMİLLET.COM-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə …

Read More »

Ordubad Şəhər Stadionu yenidən qurulacaq

Boyukmillet.com xəbər verir ki, 2020-ci ildə Ordubad Şəhər Stadionunu yenidən qurulacaq. Stadion Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfində inşa olunacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fevralın 14-də  “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Həmin proqrama əsasən muxtar respublikanın  kəndlərində  də stadionlar, Naxçıvan şəhərinin park və istirahət yerlərində idman guşələri yaradılacaq, müasir …

Read More »

MSK sədri söz verdi: “Şikayət edən namizədlər narahatdır, ancaq…”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məntəqələrdə baş verən pozuntulara növbəti dəfə münasibət bildirib. MSK-nın bu gün keçirilən iclasında M.Pənahov bildirib ki, məntəqələrdə baş verən pozuntularla bağlı dairə seçki komissiyalarına müraciət etmək lazımdır: “Şikayət verən bəzi namizədlər narahatdır. Amma onların narahatlığına heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı isə məsələlərə DSK-larda baxılır”.

Read More »

“Güldür Güldür” şousu faciə ilə bitdi: ölən və yaralananlar var (FOTO)

Türkiyənin məşhur “Güldür Güldür” şousunun Almaniya turu faciə ilə bitib.Boyukmillet.com Türkiyə mətbuatına istiandən xəbər verir ki, paytaxt Berlində şounun baş tutacağı salonun qarşısında 2 qrup arasında toqquşma olub. Silahların işə düşdüyü davada 1 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. İnsident iştirakçıları daha sonra hadisə yerindən qaçıblar. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Almaniya mətbuatı hadisəni “Türklərin şousundan sonra …

Read More »

İlqar Məmmədov mitinqi MSK-nın qarşısına təyin etdi

Sabah Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçiriləcək.Boyukmillet.com xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, fevralın 16-da keçiriləcək aksiyanın konkret olaraq təşkilatçısı yoxdur. “Fevralın 16-da bazar günü saat 15:00-da haqqı pozulan bütün seçicilər, müşahidəçilər, namizədlər MSK-nın qarşısında dinc və demokratik mitinqə gəlsin. Bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası …

Read More »

DİN-dən qanunsuz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu, qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Boyukmillet.com bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”, REAL partiyaları, D18 təşkilatı və bir neçə müstəqil namizədin mitinq …

Read More »

MSK DAHA 20 DAİRƏ İLƏ BAĞLI QƏRAR VERDİ – DSK-lar pozuntuları araşdıracaq + SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb. Boyukmillet.com xəbər verir ki, sonda müraciətlərlə bağlı qərarlar verilib. Qərara əsasən, 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami …

Read More »

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən 6 namizəd nəticələri tanımadıqları barədə bəyanat yaydılar

Seçki dairələri üzrə namizədlərin etirazları davam etməkdədir.Növbəti etiraz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən gəldi.Bu dairə üzrə 6 namizəd seçkinin tanınmaması ilə bağlı birgə bəyanat imzalayıb. Boyukmillet.com etiraz bəyanatını təqdim edir:      12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq, bəyan edirik ki, seçki günü aktiv müşahidə etdiyimiz ciddi …

Read More »