Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Güldür Güldür” şousu faciə ilə bitdi: ölən və yaralananlar var (FOTO)

Türkiyənin məşhur “Güldür Güldür” şousunun Almaniya turu faciə ilə bitib.
Boyukmillet.com Türkiyə mətbuatına istiandən xəbər verir ki, paytaxt Berlində şounun baş tutacağı salonun qarşısında 2 qrup arasında toqquşma olub. Silahların işə düşdüyü davada 1 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. İnsident iştirakçıları daha sonra hadisə yerindən qaçıblar. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Almaniya mətbuatı hadisəni “Türklərin şousundan sonra Berlində silahlı toqquşma oldu” başlığı ilə yayımlayıb.
Ölən şəxsin türkiyəli olduğu bildirilib, lakin kimliyi açıqlanmayıb. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …