Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Azərbaycan Prezidenti: “Ermənistan, sən dalansan”

“Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti …

Read More »

Ukraynadan Azərbaycana daha bir yeni aviareys açılacaq

Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti Zaporojedən Bakıya uçuşlar həyata keçirəcək. Boyukmillet.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin məlumatında deyilir. Bildirilir ki, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Zaporojye-Bakı aviareysi həftədə iki dəfə həyata kçiriləcək. Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılacaq və məhdudiyyətsiz müddət …

Read More »

Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Ombudsman Aparatının Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin …

Read More »

Prezident: “Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir”

“Onu da bildirməliyəm ki, uzun illər ərzində – 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini …

Read More »

Azərbaycan Prezidenti: “İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”

“Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. “İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq …

Read More »

Samir Adıgözəlli: “Qalib bir ölkənin vətəndaşı kimi xaricə səfər etməyin başqa avantajı varmış” -Müsahibə

Müharibə təkcə döyüş meydanında deyil, həm də getdikcə savaş meydanına çevrilən informasiya məkanında aparılmalıdır. İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə siyasi-diplomatik və informativ təxribatlara əl ataraq, uzun illər beynəlxalq ictimaiyyətə dezinformasiya, həqiqətə uymayan məlumatlar yaymaqla məşğul olub və yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışıb. Azərbaycan həqiqətlərini dünyaya sübut etmək və beynəlxalq aləmin diqqətinə çatdırmaq olduqca vacib məsələdir. Bu dövrdə ölkə Prezidentinin …

Read More »

Azərbaycan Prezidenti: “Hanı o şərt? Cəhənnəmə getdi”

“Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” – bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? …

Read More »

İlham Əliyev: “Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”

“Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə …

Read More »

Xocavənd də şəhidlik zirvəsinə ucalan Pərviz

Qəhrəman, vətən oğlu Məmmədzadə Pərviz Zahid oğlu Naxçıvan şəhəri Qaraxanbəyli kəndində göz açmşdır. Vətən sevdalı Pərviz Cəmşid Naxçıvanski adına hərbi liseyin, Naxçıvan filialının kursantı idi. Müharibə başlayan kimi könüllü olaraq döyüşlərə qatıldı və Xocavənd uğurundakı döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Ruhun şad olsun Şəhidim! Döyüşçü yoldaşların qisasını aldılar. Qarabağ işğaldan azad oldu! Qeyd edək ki, şəhid Məmmədzadə Pərviz Zahid oglu …

Read More »

Prezident: “Laçınlıları qısa müddətdə Laçına qaytarmaq əsas vəzifələrimizdən biri olacaq”

“Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1 800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib. “Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı …

Read More »