Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2020

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

2020-ci il fevralın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günüdür.Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə isə …

Read More »

Aktiv və passiv seçki dairələri… 1 saylı Şərur-Sədərək seçki dairəsi və 28 saylı Sabunçu üçüncü seçki dairəsi..

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində saat 15:00-a qədər 2 milyon 90 min 589 seçici iştirak edib. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, səsverməyə start verilən andan – saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 2 milyon 90 min 589 nəfəri (39.23%) səsvermədə iştirak edib. Saat 15:00-a olan …

Read More »

Akademik İsmayıl Hacıyev: Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan Muxtar Respublikasının yaradılması isə Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsinə çevrilib.Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev …

Read More »

Prezident İlham Əliyev səs verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər. Qeyd …

Read More »

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

Fevralın 9-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz …

Read More »

“Xətai 35, 36, Yasamal 12, Binəqədi 8 və daha bir neçə dairə xüsusi nəzarətimizdə olacaq” – İSBAM-dan seçki açıqlaması

İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sabah, 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Bu haqda Boyukmillet.com Mia.az-a istinadən xəbər verir ki, İSBAM sədrinin müavini Natiq Bədəlov məlumat verib. O bildirib ki, bir neçə dairədə İSBAM-ın nümayəndələri müşahidə aparacaqlar. Natiq Bədəlovun sözlərinə görə, Bakı şəhərində xüsusi ilə Xətai 35, 36,Yasamal 12, Binəqədi 8 və daha bir neçə dairədə …

Read More »

Sizi unutmarıq..

“Ürəyimi məşəl kimi qaldırıram göylərə”. Bu misra xalq şairi Məmməd Rahimin “Leninqrad göylərində” poemasından götürülmüşdür. Poemanın qəhrəmanı Abşeronun dilbər guşəsi olan Pirşağıda dünyaya göz açan, Lenin ordenli, qırıcı təyyarəçi, Böyük Vətən müharibəsi illərində Leninqrad səmasını qoruyan Hüseynbala Əliyevdir. Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində anadan olmuşdur. “Qırmızı dəmirçi” fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra …

Read More »

Parlament seçkilərini 78 mindən çox müşahidəçi izləyəcək

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. M.Pənahov bildirib ki, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. MSK sədri vurğulayıb ki, onlar 58 ölkə vətəndaşlarıdır. Qeyd edək ki, Azərbaycan …

Read More »

Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi ev tikinti şirkətinə satılıb? – Açıqlama + FOTOLAR

Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evi özəlləşdirməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib. Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb: “Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır …

Read More »

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, icmanın bəyanatında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş digər rayonlarından olan məcburi köçkünlərin 30 ilə yaxındır erməni təcavüzündən əziyyət çəkdiyi bildirilir. Qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə …

Read More »