Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

Seçkilərlə bağlı Penitensiar Xidmətdə seminar-məşğələ təşkil olunub.

09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Penitensiar xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Baş idarədə seminar-məşğələ təşkil olunmuşdur. Tədbirdə Penitensiar xidmətin rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak etmişlər. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirə iştirakçılarını salamlayaraq, …

Read More »

Mətin Quliyev Etibar Əliyevə cavab verdi- “Etibar Əliyev, xatırlatma edim ki, rəqibin mən deyiləm, cənab Fərəc Quliyevdir”

Etibar Əliyev deyəndə nə düşündüyünüzü bildiyim üçün daha onu tanıtmadan mətləbə keçirəm. Çatana çatır, çatmayana bir daş atır adam.  Davam.az (http://davam.az/62994-etibar-adl-namizdin-yap-a-ikaytin-mnasibt.html) xəbər porta-lında onun haqqında verilən maraqlı bir yazını paylaşdığımı (onun fikrincə mən yazı paylaşa bilmərəm) əsas gətirərək gedib çayxana səviyyəsindəki bir söhbəti “qəhrəman” olduğu öz facebook səhifəsində, həmçinin “ÇAYXANA TV” adlı facebook səhifəsində yayımladıb (Yəqin ki, yazının altında şəxsim …

Read More »

Çini daha bir bəla gözləyir – Alimlərdən PROQNOZ

Alimlər Çini daha bir bəlanın gözlədiyi barədə proqnoz veriblər. Elm adamlarının beynəlxalq qrupu iqlim dəyişikliyi nəticəsində yaranan yüksək temperaturun ölümcül dalğalarının Çin kimi sıx əhalisi olan ölkələrdə daha təhlükəli olacağını bəyan edib. Boyukmillet.com bildirir ki, mütəxəssislər 1961-ci ildən 2018-ci ilə qədər Çin ərazisində 2400 yerli stansiyalardan gündəlik temperaturla bağlı 50 milyon qeydi analiz ediblər. Tədqiqatlar göstərib ki, 2018-ci ildə Çinin şimal-şərqində …

Read More »

DAHA 6 NAMİZƏD DEPUTATA QARŞI BİRLƏŞDİ – İqbal Məmmədovla bağlı MSK-ya rəsmi şikayət olundu + MƏKTUB

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədlərin bir qrupu, konkret 6 nəfər seçki pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Boyukmillet.com AzToday.az-a istinadla  xəbər verir ki, müraciəti namizədlər Ramil Hüseynov, Hikmət Ağayev, Vasif Qafarov, Mehriban Paşayev, Bəxtiyar Fətullayev və Təyyar Yəhyayev imzalayıb. Müraciətdə seçki təbliğatının başlandığı gündən İqbal Məmmədovun Seçki Məcəlləsinin 69-cu maddəsinin bəndlərini kobud sürətdə pozduğu və rəqibi …

Read More »

Virus xəbərinin boşaltdığı “Sədərək”: – Bekar satıcılar nərd oynayır, iş adamlarının köməyinə Pakistan bayrağı gəlir

Üç gün əvvəl redaksiyada Çində yayılan koronavirusun Azərbaycana keçmə ehtimalını müzakirə edirdik.Qərarlaşdıq ki, bu virusun əsas zərər verəcəyi yerlərdən biri “Sədərək” Ticarət Mərkəzi ola bilər. Ona görə də “Sədərək” Ticarət Mərkəzindən reportaj etməklə bağlı razılaşdıq.Nəhayət, dünən “Sədərək” Ticarət Mərkəzinə yola düşdüm. Səhər evdən çıxanda artıq reportajın formatı beynimdə hazır idi. Nəzərə alsaq ki, həm əhalinin böyük əksəriyyəti “Sədərək” Ticarət Mərkəzindən …

Read More »

Şamaxı mədəniyyət evinin müdiri Tamam Cəfərovanın alovlu təbliğatçılığından əl çəkmir – FOTO

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd olan, ehtiyatdakı polkovnik Əzizağa Süleymanov yenidən MSK sədri Məzahir Pənahova müraciət edib. Boyukmillet.com namizədin sosial şəbəkədəki hesabında yaydığı müraciətin mətnini və fotoları təqdim edir: “MSK sədri hörmətli Məzahir Pənahovun nəzərinə.Hörmətli sədr, 85 saylı Şamaxı seçki darəsində Şamaxı rayon mədəniyyət evinin müdüri əvəzi Rəfail Hüseynov 28 yanvar tarıxındə Mədəniyyət evinin açlışı adı ilə rayon …

Read More »

SON DƏQİQƏ: Dünyada fövqəladə vəziyyət elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edib. Boyukmillet.com xəbər verir ki, təşkilatın təcili toplantısının nəticələrinə dair açıqlamada belə deyilir. Bildirilib ki, yeni növ koronavirusun yayılması ilə bağlı bütün dövlətlər təhlükəsizlik qaydalarına riayət etməlidir. Açıqlamaya görə, lazımi tədbirlər görülməsə pandemiya fəlakətə yol açacaq. Qeyd edək ki, 15-dən çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 170-dən çox insan həyatını …

Read More »

“Qarabağın qayıdışı prosesi gedir, ABŞ dəstək verir” – Camalyan

Qarabağ konfliktinin həlli prosesinə cəlb edilən qlobal geosiyasi oyunçular tərəfindən İrəvana güclü təzyiqlər müşahidə edilir. Boyukmillet.com Axar.az istinadən xəbər verir ki, bunu “168 Jam”a müsahibəsində erməni hərbi ekspert David Camalyan deyib. O, hazırda danışıqlar prosesində prioritet mövzunun Qarabağın azərbaycanlı icmasının prosesə cəlb edilməsi olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ nümayişkəranə şəkildə Bakıya dəstək verir: “Bu gün biz Qarabağın Azərbaycana mərhələli …

Read More »

Ekspert: “Avtobusların kartla işləməsi sərnişinlər və sürücülər üçün çox əlverişlidir”

Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir, mütəmadi olaraq nağd sistemlə işləyən avtobuslar kart sisteminə keçirilir. Nağdsız ödəniş sisteminə keçidin üstünlükləri barədə Boyukmillet.com reporta istinadən xəbər verir ki, nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, bu sistem həm sürücülər, həm də sərnişinlər üçün çox əlverişlidir: “Nağd ödəniş sisteminin tətbiq edildiyi vaxtlarda sürücülər onlara qoyulan …

Read More »

Azərbaycan və Ukrayna birgə layihələrin hazırlanması məsələsini müzakirə edib

Kiyevdə Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti 12-ci iclası keçirilib. Boyukmilllet.com Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, yanvarın 29-dan 31-dək Ukrayna Ticarət Palatasının binasında baş tutan görüşdə Ukrayna və Azərbaycan biznes təşkilatlarının nümayəndələri iqtisadi əməkdaşlığın bir sıra məsələlərini, o cümlədən kiçik və orta sahibkarlığın inkişafını müzakirə ediblər. Tərəflər həmçinin ticarət, investisiya, yanacaq-energetika və nəqliyyat sektorlarında, eləcə də turizm sahəsində iddialı …

Read More »