Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Şamaxı mədəniyyət evinin müdiri Tamam Cəfərovanın alovlu təbliğatçılığından əl çəkmir – FOTO

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd olan, ehtiyatdakı polkovnik Əzizağa Süleymanov yenidən MSK sədri Məzahir Pənahova müraciət edib. Boyukmillet.com namizədin sosial şəbəkədəki hesabında yaydığı müraciətin mətnini və fotoları təqdim edir: “MSK sədri hörmətli Məzahir Pənahovun nəzərinə.
Hörmətli sədr, 85 saylı Şamaxı seçki darəsində Şamaxı rayon mədəniyyət evinin müdüri əvəzi Rəfail Hüseynov 28 yanvar tarıxındə Mədəniyyət evinin açlışı adı ilə rayon rəhbərliyi tərəfindən aldadılıb klubun açılışına gətirilən müəllim və həkimlərin qarşısında çıxış edən deputatlığa namizəd Tamam xanım Cəfərovanın alovlu nitqindən nə təhər cuşa gəlibsə, üstündən üç gün keçməsinə baxmayaraq, Tamam xanımın şəkili olan posterləri Mədəniyyət evinin girişinin sağ və solunda hələ də aslı saxlayıb”.

Qeyd edək ki, bundan əvvəl də, KİV-lərdə Rəfail Hüseynovun qanunazid olaraq, Tamam Cəfərovanın təbliğat tədbirlərində iştirakını sübut edən fotolar yayılıb. Təəssüflər olsun ki, Şamaxı rayon rəhbərliyi və DSK bununla bağlı hələ də tədbir görmür.

(Azinforum.az)

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …