Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar 1990-cı il faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Çavuşoğlu rəsmi “Twitter” hesabında beə yazıb: “Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”.
Read More »Yearly Archives: 2020
Prezidentin köməkçisi NATO-nun qərargahında: Hikmət Hacıyev Baş katibin müavini ilə nələri müzakirə edib?
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Mənzil Qərargahına səfər edib. Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən məlumata əsasən, səfər zamanı H.Hacıyev NATO Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərlə 29+1 formatında iclasda iştirak edib. Görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin …
Read More »Türkiyənin nüfuzlu xəbər kanalında Heydər Əliyev Fondunun fəaliyyəti barədə geniş danışılıb
Türkiyədə işgüzar səfərdə olan 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Türkiyənin nüfuzlu xəbər kanalı olan “Ulusal Kanal” Televiziyasının qonağı olub. Canlı yayımda tanınmış aparıcı Can Karadutun suallarını cavablandıran Əhməd Şahidov 16 illik tarixə malik və təkcə Azərbaycanda deyil, bütün dünyada önəmli layihələr həyata keçirən Heydər Əliyevin Fondunun fəaliyyəti barədə geniş danışıb. Heydər Əliyev Fondunun …
Read More »Prezident Davosda mühüm görüşlər keçirdi
Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. “Qafqazinfo”xəbər verir ki, Prezident İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb. Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident …
Read More »DİQQƏT! Polis bu şəxslə bağlı əhaliyə müraciət edib
Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib. Boyukmillet.com bildirir ki, DİN mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, zərərçəkənin valideyni metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil telefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib. Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. …
Read More »SUMI ŞƏHƏRİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB
Ukraynanın Sumı şəhərində 20 yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsullugunun təşkilatçılıgı ilə keçirilən anım tədbirində şəhər rəhbərliyi, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov 20 yanvar hadisələri və xalqımızın qəhrəmanlıgı haqqında danışıb. Digər iştirakçılar da çıxış edərək , şəhidlərimizin xatirəsini yad ediblər.
Read More »Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilən tədbirə qatılıb.
Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 ili tamam oldu. Xalqımızın şərəf və qürur tarixi olan 20 yanvar facisəi Göygöl rayonunda da böyük izdihamla yad edilib.Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun iştirak etdiyi anım mərasimində rayonun dövlət strukturlarının rəhbərləri və İctimai təşkilatların nümayəndələri iştirak edib. 9 fevral 2020-cil Milli Məclisə seçkilər üzrə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa …
Read More »DADP sədri Sumqayıt şəhidlərini andı – FOTOLAR
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov bu gün Sumqayıtda uyuyan 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edib.DADP Mətbuat xidməti xəbər verir ki, ziyarətdə partiya üzvləri ilə bərabər, 1-ci Qarabağ Müharibəsinin iştirakçıları, Sumqayıt ziyalıları, Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər də iştirak edib. Şəhidlərin ruhuna dualar oxunub, məzarlarının üzərinə gül dəstələri qoyulub.Şəhidlərimizin …
Read More »Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib. …
Read More »Bakıda Türkiyə bayrağı yarıya endirildi – Şəhidlərə ehtiram
Türkiyənin Azərbaycandakı Səfirliyi 20 Yanvar hadisəsinin 30 illiyi ilə əlaqədar həssas davranış sərgiləyib. Boyukmillet.com xəbər verir ki, şəhidlərin xatirəsinə, eyni zamanda qardaş Azərbaycan xalqı ilə həmrəyliyin təcəssümü olaraq səfirliyin həyətindəki Türkiyə bayrağı bu gün yarıya endirilib.(Turkustan.info)
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar