Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeyri-millətlərdən olan namizədlər də iştirak edəcəklər. Dairə seçki komissiyaları tərəfindən namizədliyi qeydə alınan 4 nəfər qeyri-millətlərdən olan şəxs seçkilərə qatılıb. Onlar da təbii olaraq, vətəndaşı olduqları dövlətin ali qanunverici orqanında təmsil olunmaq istəyirlər. Onlardan ən məşhuru aparıcı-jurnalist Yelena Siderenkodur. O, parlament seçkilərində namizədliyini 73 saylı şəhər seçki dairəsindən irəli sürüb və qeydə alınıb. Xatırladaq ki, Yelena …
Read More »Yearly Archives: 2020
Sabir Rüstəmxanlı seçicilərlə görüşdü – FOTOLAR
1 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu gün rayonun Qaçaqkənd kəndində seçicilərlə görüşüb.“BakuPost” xəbər verir ki, kənd sakinlərinin böyük əksəriyyətinin qatıldığı görüşdə S.Rüstəmxanlı əsas hədəflərini, məqsədini açıqlayıb. Görüşün fotolarını və videomaterialı təqdim edirik:
Read More »Tanınmış alim 62 saylı Saatlı seçki dairəsinin namizədidir-Daha ətraflı tanıyaq
Tanınmış tədqiqatçı,filologiya elmləri namizədi,dosent, Əziz Yusif oğlu Ələkbərli ( Ələkbərov ) fevral ayının 9- da baş tutacaq növbədənkənar parlament seçkilərində iştiak etmək üçün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 62 saylı Saatlı seçki dairəsindən namizədliyi irəli sürülüb. Analoq.az Əziz Ələkbərliyə parlament seçkilərində uğurlar diləyir. Əziz Yusif oğlu Ələkbərov 1960-cı il oktyabrın 5-də Azərbaycanın tarixi ərazisi olan İrəvan çuxurunda, Vedibasar mahalının Qaralar …
Read More »Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq – PROQNOZ
Bakıda və Abşeron yarımadasında yanvarın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan …
Read More »Çeçen mafiyasının özəllikləri: “razborkalarda” alternativsiz milli yol – “Oğru” işləri
“Mən “oğru” qanunlarını tanımıram. Bir dəfə Çeçenistandan “oğru”ları toplayıb dedim ki, Çeçenistanda “oğru” işlərinə son verin. Bizim daha yaxşı və daha vacib qanunlarımız var”. Bu sözləri Ramzan Kadırov Çeçenistan televiziyası “Qroznı”da yayımlanan illik mətbuat konfransı zamanı deyib. Məsələ ondadır ki, bu, həqiqətən də belədir – Çeçenistanda məsələləri ayırd etmək üçün başqa qanunlar tətbiq olunur və bu, nə Cinayət Məcəlləsi, nə də Cinayət …
Read More »Muxtar respublikanın Kərki kəndinin işğalından 30 il ötür
Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Boyukmillet.com verir ki, həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Şərur rayonunun tərkibində olan Kərki kəndi ermənilər tərəfindən işğal olunub. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana …
Read More »“Tərəqqi” medallı diaspor lideri Göygöl və Daşkəsən sakinlərinə müraciət etdi-Möhsüm Aslanova görə
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini, uğurlu diaspor fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalına layiq görülmüş Ukraynada yaşayan soydaşımız Qüdrət Hacıyev on minlərlə azərbaycanlıların adından Göygöl-Daşkəsən sakinlərinə müraciət edib. Müraciətdə deyilir: “Əziz dostlar! Dəyərli qardaşlar! Vətənimiz növbəti parlament seçkiləri ərəfəsindədir. Bu seçkilərdə də kifayət qədər xalqını, dövlətini sevən insanlarin namizədliyi qeydə alınıb. Mən xüsusi olaraq bunlardan birinin, …
Read More »Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı
30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tərkibindən çıxdığını bəyan etdi. Yalnız bir il yarımdan sonra, 1991-ci ilin sentyabrında Baltikyanı ölkələr müstəqilliyə qovuşa bildilər, həmin ilin sonunda isə Sovet İttifaqının özü dağıldı.1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamankı Sovet İmperiyası rəhbərliyinin buna şərait yaratması, Azərbaycana qarşı siyasi və iqtisadi təzyiqlərin artması, …
Read More »Fərid Şahbazlı leriklilərə müraciət etdi: “Deputatın qəbul günü” anlayışını birlikdə yox edəcəyik!
78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı Lerik rayon sakinlərinə müraciət edib. Müraciəti təqdim edirik! Əziz leriklilər! Əziz həmyerlilərim! Uzunömürlülər diyarının möhtərəm insanları! Mən Şahbazlı Fərid Tahir oğlu 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakalavr pilləsində Odlar Yurdu Universitetinin Jurnalistika ixtisasını fərqlənmə diplomu ilə və magistr pilləsində isə Türkiyə Respublikasının İstanbul Aydın Universitetinin İctimaiyyətlə əlaqələr ixtisasını bitirmişəm.Hələ məktəb …
Read More »Naxçıvanda “20 Yanvar faciəsindən 30 il ötür” adlı sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “20 Yanvar faciəsindən 30 il ötür” adlı rəsm sərgisi açılıb. Boyukmillet.com xəbər verir ki, sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə ehtiram əlaməti olaraq bu mövzuya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar