Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmilet.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüklərinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. İlqar Abdullayev
Read More »Yearly Archives: 2020
Ermənistanda daha bir deputat Paşinyanın parlament fraksiyasını tərk etdi
Ermənistan parlamentinin deputatı Anna Qriqoryan “Mənim addımım” fraksiyasını tərk edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib. Deputat buna baxmayaraq, mandatından imtina etməyib. “Əziz həmvətənlər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamaq, amma “Mənim addımım” fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan …
Read More »Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki son vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər telefon danışığı zamanı bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar. Vüsalə Abbasova
Read More »Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb
Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur: “Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu …
Read More »Bu müharibə göstərdi ki, diaspor sona qədər Ermənistanı dəstəkləmək iqtidarında deyil.
Ermənistan prezidenti Armen Sarkisyan 44 günlük müharibə və acı məğlubiyyətdən doğan bəzi etiraflar edib. O bildirib ki, Ermənistanda baş verənlər əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub. Ölkədə daxili qarşıdurma pik həddə çatıb. Sarkisyan etiraf edib ki, Ermənistan demoqrafiya məsələlərində də məğlub oldu: “Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. “Ermənistan bu müharibədə itirdi, ona görə …
Read More »Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan arasında görüş olacaq. Boyokmillet.com xəbər verir ki, bu barədə Soçidə görüşən Türkiyə və Rusiya xarici işlər nazirləri açıqlama veriblər. Mövlud Çavuşoğlu 2021-ci ildə planlaşdırılan səfərin Türkiyədə baş tutacağını deyib.
Read More »Sabir Rüstəmxanlı: “Kəndlərimizin çoxunda bankomat yoxdur”
Araz olmasa, ayrılmazdıq? – ilginc reaksiyalar … Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir: Arazı ayırdılar Lil …
Read More »Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq
Ukraynanın Xarkov şəhərində “Dəmir Yumruq” hərbi əməliyyatlarına həsr olunan abidə kompleksi qoyulacaq. Abidə Ermənistanın Xarkovdakı kilsəsinin və onun nəzdindəki erməni diaspora mərkəzinin yaxınlığında yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin önündə ucaldılacaq. Bu barədə Azərbaycanın Əməkdar rəssamı, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov məlumat verib. Seyfəddin Qurbanov bildirib ki, abidə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə ucaldılacaq. Onun sözlərinə görə, hazırda …
Read More »“Şuşanın azad olunmasına görə” medalı ilə 4 646 hərbçi təltif olunub
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Bu medala layiq görülən hərbi …
Read More »Qəbələyə istirahətə gedənlər cərimələndi
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində, istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar