Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

Dövlət başçısı: “Doğma Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs …

Read More »

Prezident dünya azərbaycanlılarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, Prezidentin təbrik müraciətdində deyilir: “Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən …

Read More »

“Qarabağ Azərbaycandır” şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Qarabağ Azərbaycandır” MMC-ni dövlət qeydiyyatına alıb. Boyukmillet.com Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Abşeron rayonu, Qobu ŞTQ, Hərbi şəhərcik, ev.115, m.38, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Kənan Telman oğlu Cuvarovdur.

Read More »

Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin görüşü başladı

Soçi şəhərində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş başlayıb. Boyukmillet.com  xəbər verir ki, Rusiya – Türkiyə Yüksək Əməkdaşlıq Şurası çərçivəsində birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində keçirilən görüşün gündəliyində ikitərəfli və regional məsələlərin olduğu bildirilib. Daha əvvəl Rusiya XİN-dən bildiriblər ki, danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın daha səmərəli hala gətirilməsi, habelə Qarabağ məsələsinə dair Rusiya, …

Read More »

Azərbaycan və Qırğız Respublikasının XİN başçıları arasında telefon danışığı olub

2020-ci ilin 29 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub. XİN-dən bildirlib ki, nazirlər, 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ruslan Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin …

Read More »

Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını bərpa etməyə hazırdır

“Pandemiya imkan verən kimi delimitasiya və demarkasiya üzrə Gürcüstan-Azərbaycan birgə komissiyası fəaliyyətini tam yenilənmiş tərkibdə bərpa edəcək”. Boyukmillet.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlələ açıqlamasında bildirib. O deyib ki, bu ilin sentyabrında azərbaycanlı həmkarının Gürcüstana səfəri çərçivəsində David Qareci abidəsi məsələsi də müzakirə olunub: “Ceyhun Bayramov yeni detallarla tanış olub və ona yeni miqyaslı …

Read More »

Azərbaycan Prezidenti bu il dörd ölkəyə səfər edib

“İl ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib”. Boyukmillet.com xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb. Məlumata görə, Azərbaycanın xarici işlər naziri il ərzində İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub. “Eyni zamanda, …

Read More »

Ermənistanın əcnəbi terrorçulardan istifadəsinə dair hesabat beynəlxalq təşkilatlara təqdim edilib

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunub. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur etmiş və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilib. …

Read More »

İraq həbsxanalarında və uşaq evlərində saxlanılan 194 uşaq Azərbaycana gətirilib

“İl ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb. Qeyd olunub ki, 2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının …

Read More »

Yaşayış minimumunun məbləği artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq …

Read More »