“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara …
Read More »Yearly Archives: 2020
Prezident: “Biz Ağdam şəhərini də bərpa edəcəyik”
“Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm …
Read More »“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəxslərə güzəştlər olacaq
“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəxslər qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə edəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi …
Read More »İlham Əliyev: “Ağdam üçün yeni dövr başlayır”
“İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib. Dövlət başçısı qeyd edib ki, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb: “Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi …
Read More »KİV: Ermənistan müdafiə naziri istefa verib
Ermənistanın müdafiə naziri David Tonoyan istefa verib. Boyukmillet.com-un xəbərinə görə, bunu “Aravot” nəşri yazıb. Qeyd edək ki, Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətinə görə erməni ictimaiyyəti əsasən D.Tonoyanı günahkar bilir.
Read More »Ağdama komendant təyin edilib
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək. …
Read More »Deputat: “Azərbaycanın Fransadakı səfiri geri çağrılmalıdır”
“Azərbaycanın xarici işlər naziri Azərbaycanın Fransadakı səfərini məsləhətləşmələr üçün geri çağrılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, Fransa ilə bütün iqtisadi, siyasi münasibətlər birmənalı olaraq dayandırmalıdır.
Read More »Prezidenti İlham Əliyev xalqa müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Boyukmillet.com –un xəbərinə görə, dövlət başçısının müraciəti saat 12:00-da AzTV ilə yayımlanacaq.
Read More »Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir
Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Məlumata əsasən, ümumi sərt karantin rejiminin noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turundan sonra tətbiqi nəzərdə tutulub. Xüsusi rejim noyabrın 24-dən dekabrın 7-dək qüvvədə saxlanılacaq. Sərt məhdudiyyətlərin ictimai nəqliyyat və iri ticarət mərkəzlərinin fəaliyyətinə şamil olunacağı bildirilib. “Lokdaun”un müddətinin …
Read More »Milli Məclisin sədri: “Fransa münaqişənin ilk günündən qərəzli mövqe tutub”
“Noyabrın 10-da imzalanmış birgə bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. O vurğulayıb ki, bu gün Azərbaycan Ordusu Ağdama daxil olub: “Bu münasibətlə hər kəsi təbrik edirəm. İmzalanmış birgə bəyanat bir çox ölkələr tərəfindən dəstəklənib. Lakin bu bəyanatdan narazı olan qüvvələr də var. Fransa münaqişənin ilk …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar