“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ermənilərin Ağdamdan 20 noyabr, Laçından isə dekabrın 1-dək çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, …
Read More »Yearly Archives: 2020
MN: Azərbaycan Ordusunun Kəlbəcərə yerləşdiriləcək hissələri tam hazır vəziyyətdədir
“Tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır: “Artıq əhalinin tərk etmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi …
Read More »Ermənistan Kəlbəcərdən insanların çıxarılmasına görə vaxt istəyib
“Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya Prezidenti arasında telefon danışığı olub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edib, ermənilərin 25 …
Read More »Ermənistanın Qarabağ müharibəsinə cəlb etdiyi əcnəbi muzdlularla bağlı yeni faktlar aşkarlandı
Ermənistanın hərbi-siyasi hakimiyyətinin, o cümlədən baş nazir Nikol Paşinyanın dəfələrlə təkzib etmələrinə baxmayaraq, işğalçı ölkənin ikinci Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni-yeni faktlar ortaya çıxmaqdadır. Boyukmillet.com xəbər verir ki, ayrı-ayrı ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar – məlumatlar, fotolar paylaşırlar. Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr …
Read More »Sabiq nazir sülhməramlılarla bağlı FAKT AÇIQLADI
Musavat TV və “Azadliq” radiosundakı çıxışlarımdan sonra müsbət şərhlərlə bərabər, bir çox mənfi şərhlər də gəldi ki, bunların da bir hissəsi müxalifət liderlərindən birinə işləyən trollar şəbəkəsi tərəfindən yazılmışdı. Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, həmin şərhlərdə Zülfürarovun təhqir olunması ilə bərabər, “Vətənin satılması”, Prezident Elçibəyin rus qoşunlarını ölkədən çıxardıqdan sonra Rusiya qoşunlarının …
Read More »Leyla Əliyeva Ali Baş Komandana şeir həsr etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə “Əsgər” şeirini həsr edib. Leyla Əliyeva şeiri şəxsi “Instagram hesabında paylaşıb.Şeiri rus dilindən Aydan Xəndan tərcümə edib.Həmin şeiri təqdim edirik:Əsgər, əsgər yurdun oğlu,İnanır haqqa, zəfərə!Sükutun səsin dinləyirBağlıdır nurlu vətənə!Güllədən qorxusu yoxdur,Günəşi dağlar heç örtməzƏsgər bilir sevgi nədirƏdalətdən üz döndərməz!Yoxdur qorxu ürəyindəGecə bitsin, səhər gəlsin!Zülmətdən …
Read More »Ordumuz Kəlbəcər üçün tam hazırdır – MN
Tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşıdırlan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır: “Artıq əhalinin tərk etmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi yüksək …
Read More »“Qaçqınkom”: Məcburi köçkünlərin qayıdışı ilə bağlı proqram hazırlanır
“Öz doğma torpaqlarına qayıdan məcburi köçkün soydaşlarımıza çox sərfəli şərtlərlə kreditlər veriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, dövlət strukturları, nazirliklər işğaldan azad olunan ərazilərdə yaşayıb işləyənlərin vergidən azad olunma mexanizmlərini işləyib hazırlayır: “Bütün bunlar çox geniş dövlət proqramı qismində təqdim olunacaq”.
Read More »Eşitmə və Nitq məhdudiyyətli gənclər əsgərlərimizə dəstək oldu (Foto-Video)
Eşitmə və Nitq məhdudiyyətli gənclər ənənə halına gələn əsgərə məktub layihəsini davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Sosialmedia.az-a Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi sədri Cəmilə Çingiz qızı məlumat verib. Onun sözlərinə görə, bu layihənin məqsədi, əsgərə dəstək və ruh yüksəkliyi verərək , Eşitmə məhdudiyyəti olan gənclərin Ali Baş Komandanımız cənab İlham Əliyevə olan sonsuz …
Read More »Ermənilər Kəlbəcərdə məktəbi yandırdılar – VİDEO
Sabaha qədər Kəlbəcəri tərk eətmli olan ermənilər bütün yaşayış cə inzibati binaları məhv edirlər. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəblərdən birinin direktoru məktəb binasını yandırıb. Həmin kadrları təqdim edirik.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar