Azərbaycan əsgərləri Cıdır düzündə yallı gediblər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb. Qeyd edək ki, əsgərlərimizin rəqs etdiyi yerdə vaxtilə sərxoş Nikol Paşinyan yallı getmişdi. Azərbaycan ordusu bununla da bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri onlardır.
Read More »Yearly Archives: 2020
Ermənistanın XİN rəhbərinin müavini istefa ərizəsini yazdı
Ermənistanın Xarici işlər nazirinin müavini Şavarş Koçaryan işdən çıxarılması ilə bağlı ərizə yazıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı bildirib. Qeyd edilir ki, hətta Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ərizənin son variantı ilə bağlı xəbərdar edilməyib. Ərizə hələ rəhbərlik tərəfindən imzalanmayıb.
Read More »Füzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var
Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Belə ki, 14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı …
Read More »“TRT Haber” ermənilərin Tərtərdə törətdiyi dağıntılar barədə videoreportaj hazırlayıb
Türkiyənin “TRT Haber” kanalı Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Tərtərdə törətdiyi dağıntılar barədə videoreportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, çəkilişlər dron vasitəsilə aparılıb. Həmin videoreportajı təqdim edirik.
Read More »Ermənilər Kəlbəcəri tərk edir
“Əksəriyyət Kəlbəcəri tərk edib, sadəcə hərbçilər, polislər qalıb”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın RBC agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev deyib. Onun sözlərinə görə, bir neçə gün sonra rayon ərazisində faktiki heç kəs qalmayacaq. A.Atasuntsev vurğulayıb ki, ermənilər gedərkən evləri qəsdən yandırırlar. https://youtu.be/qhnhZbqwyHc
Read More »Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib
Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid …
Read More »ÜST: Dünyada yenidən koronavirusa rekord yoluxma qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 52,48 milyonu ötüb, virusdan 1,29 milyondan çox yaxın insan ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 52 487 476 insan koronavirusa yoluxub, 1 290 653 pasiyent ölüb. Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 628 136 yoluxma halı aşkarlanıb, 9 623 nəfər ölüb. Ən çox yoluxma …
Read More »Azərbaycandakı “5-ci kolon” nədən narahatdır?
Azərbaycan ordusu sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları ilə 30 ildən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizin işğaldan azad edilməsi əməliyyatlarına start verdi. Azərbaycan prezidentinin iradəsi, Azərbaycan ordusunun rəşadəti və Azərbaycan xalqının həmrəyliyi ilə kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğaldan azad edildi. Azərbaycanın hərbi gücü qarşısında təkcə terrorçu Ermənistan yox, bütün dünya heyrət içində qaldı. Dostlarımız sevindi, düşmənlərimiz yasa batdı. Və nəhayət, …
Read More »Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb-FOTO
Sentyabrın 27-də ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanmışdır. Bu tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham …
Read More »Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?
Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi həmin tədbirdən, daha doğrusu Zahid Orucun elan etdiyi sorğu nəticələrindən vacib bir məqam çəkdi. Hörmətli Zahid Oruc oktyabr ayının əvvəlində məcburi köçkünlərin sıx məskunlaşdığı Qobu qəsəbəsində 500 nəfər respondent arasında keçirdiyi sorunun nəticələrini elan edərkən bildirdi ki, rəyi soruşulanaların 82 faizi bu qənaətdədir: “Ermənistan işğal …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar