Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü tamam olur. Boyukmillet.com xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 …
Read More »Monthly Archives: Sentyabr 2021
Samir Adıgözəlli: Paşinyan yaxşı bilir ki,Türkiyə və Azərbaycanla əlaqələr qurulmasa, Ermənistan yenə də regional layhələrdən kənarda, təcrid vəziyyətdə qalacaq”
“Ermənistan hökuməti dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazırdır. Artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan Türkiyədən gələn siqnalları dialoq mesajları kimi dəyərləndirməklə nə demək istəyir? İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli isə bildirdi ki, …
Read More »Türkiyə ordusu daha 10 PKK terrorçusunu məhv edib
Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib. Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib. Terrorçulara qarşı əməliyyat davam edir.
Read More »Liviyada hərbi helikopterlər toqquşub, ölənlər var
Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib. “Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, – mənbə agentliyə deyib. O, qeyd edib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o …
Read More »“Benzinin qiymətinə ildə üç dəfə artım gəlməsi nə deməkdir?”
“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyil. Bunlar hansı məntiqlə hərəkət edirlər? Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində yazıb. O, benzinin qiymətinə ildə üç dəfə artım edilməsinə etirazını bildirib: “Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu …
Read More »Samir Adıgözəlli Dneprdə diaspor fəalları ilə görüşüb – FOTOLAR
Ukraynanın Dnepr şəhərində diaspor fəalları ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Dnepropetrovsk Azərbaycanlıları konqresinin ofisində baş tutan görüşdə konqresin idarə heyətinin üzvləri, fəal diaspor nümayəndələri iştirak edib. Görüşü giriş sözü ilə açan Konqresin sədri Nəcəf Əhmədov Dnepropetrovsk vilayətində görülən işlər haqqında geniş məlumat verib. Daha sonra İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri (İSBAM) Samir Adıgözəlli diaspor fəalları qarşısında çıxış edərək 44 günlük Vətən …
Read More »Ərdoğan: “Türkiyə heç kimin qapısının qulu deyil”
“Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən deyib. R.T.Ərdoğan bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir: “Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici …
Read More »Ərdoğan: “Zəngəzur koridorunun açılması siyasi məsələdir”
“Zəngəzur koridorunun açılması siyasi bir məsələdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib: “Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı …
Read More »Ərdoğan ABŞ-a gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək. Boyukmillet.com xəbər verir ki, üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək. Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib. Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə …
Read More »Sabahın hava proqnozu açıqlanıb
Sentyabrın 20-də gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
