Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov 9 sentyabr 2021-ci il tarixində etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb. Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və …
Read More »Monthly Archives: Sentyabr 2021
Ərdoğan Türkiyənin Dini İşlər İdarəsinə sədr təyin edib
Professor Ali Erbaş yenidən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsinə təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. A.Erbaş yenidən bu vəzifəyə təyin olunması ilə əlaqədar R.T.Ərdoğana təşəkkür edib. Qeyd edək ki, A.Erbaş Ordu əyalətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. 2017-ci ildən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsində çalışır.
Read More »MTN generalının şantaj yolu ilə rüşvət aldığı şəxslərin adları məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkmiş şəxslərin adları məlum olub. Boyukmillet.com xəbər verir ki, cinayət işində 32 zərərçəkmiş – Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa …
Read More »Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə hərbi müqaviləni təsdiqlədi
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında olan ABŞ istehsalı helikopterlərin texniki qulluğuna dair hərbi müqaviləni təsdiq edib. Boyukmillet.com xəbər verir ki, müqavilənin dəyəri təxminən 500 milyon ABŞ dollarıdır. Söhbət “AH-64D/E Apache”, “UH-60L Black Hawk”, “UH-60M Black Hawk”, “Schweizer 333”, “Bell 406CS” və “Boeing” şirkətinin “CH-47F Chinook” helikopterlərindən gedir. Konqres qərarla bağlı məlumatlandırılıb. Qanunvericilərə bu yeni hərbi müqaviləni öyrənmək və bəlkə də …
Read More »UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub
Avrokuboklarda qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, UEFA Konfrans Liqasının H qrupunun ilk turunda Bakıda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın aktivinə daha 0,125 xal yazdırıb. Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 2,125-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,750-ə çatıb. Əldə edilən xallarla Sloveniyanı üstələmək mümkün olub. …
Read More »Rusiya Dövlət Dumasına seçkilər başlayıb
Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb. Qeyd edək ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Həmçinin Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq. 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb. Pandemiya ilə …
Read More »Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı – VİDEO
Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib. İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək. Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik …
Read More »Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır
Bu il XVII Avrasiya Media Forumun əsas missiyası dəyişməz olaraq qalır – ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda, regionda media subyektlərinin və mütəxəssislərinin birgə fikir mübadiləsinin təmin olunması və perspektivlər barədə müzakirələrin aparılmasıdır. Bunu Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd …
Read More »Jurnalistdən deputat Eldar Quliyevə sərt etiraz – Video
Tanınmış jurnalist Məhəmmədəli Qəribli benzinin qiymətinin qaldırılmasını öz məntiqi ilə və savadsız şəkildə əsaslandıran deputat Eldar Quliyevə sərt etirazını bildirib. Boyukmillet.com sosial şəbəkələrdə yayılan həmin videokadrları təqdim edir:
Read More »Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb – FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviçin dəvəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində olub. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, qarşılıqlı iqtisadi layihələrin icrası, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
