Şənbə , 13 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

TDƏŞ nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuraya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Boyukmilet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi vurğulanıb. İki …

Read More »

Azərbaycan neftinin qiyməti 74 dollara çatır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,57 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,98 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşacaq. Bu barədə  27 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib. Onun sözlərinə görə, görüş sentyabrın 17-də Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində keçiriləcək. Ş.Abbasov bildirib ki, bu, Zavurovun vida …

Read More »

Səlim Müslümovun həbs müddəti daha 3 ay uzadılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb və həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə …

Read More »

Azad olunan rayonlarda hərbi prokurorluqların formalaşdırılması başa çatdırılıb

“Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib. “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi …

Read More »

Azərbaycan və Qazaxıstanın təhsil müəssisələri arasında müqavilə imzalanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Qazaxıstanın Yessenov Universiteti arasında “İkili diplom tədrisi” haqqında müqavilə imzalanıb. Boyukmillet.com bu barədə ASCO-ya istinadən xəbər verir. Müqaviləyə əsasən, hər iki təhsil müəssisəsinin bakalavriat və magistratura pillələrində oxuyan tələbələr uyğun ixtisaslar üzrə təhsil almaq imkanı qazanırlar. Bu proqramdan bakalavriat və magistratura səviyyəsinin 1-ci tədris ilini uğurla bitirmiş tələbələr …

Read More »

XİN: “Azərbaycan dünya ilə öz potensialını və təcrübəsini bölüşməkdən qürur duyur”

“Azərbaycan inkişaf etməkdə olan bir donor ölkə olaraq, humanitar yardım və inkişaf yardım proqramları vasitəsi ilə inkişaf etməkdə olan dünya ilə öz potensialını və təcrübəsini bölüşməkdən qürur duyur. 10 illiyiniz mübarək, Azərbaycan Beynəlxalq İnkişafaYardım Agentliyi (AIDA)…”. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, bu gün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA ) yaranmasından 10 …

Read More »

Azərbaycanda bələdiyyənin sabiq sədr müavini saxlanılıb

Azərbaycanda bələdiyyənin sabiq sədr müavini tutulub. Bu barədə  Quba Rayon Prokurorluğundan məlumat verilib. Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olub vətəndaş müraciəti əsasında araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % artaraq 2,0089 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % artaraq 0,0234 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,00891 Rusiya rublu0,02341 Avstraliya dolları1,24981 Argentina pesosu0,01731 Belarus rublu0,67931 Braziliya rialı0,32591 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1200100 Cənubi Koreya vonu0,14511 Çexiya kronu0,0792100 Çili pesosu0,21651 Çin yuanı0, 26371 Danimarka kronu0,27011 …

Read More »

Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib. Vəsilə Vahidqızı Təbliğat, …

Read More »