Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə bir yumruq olmağa davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında “Birgə Komando Əməliyyatı” təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək”, – nazirlikdən bildirilib. Qeyd edək …
Read More »Monthly Archives: Sentyabr 2021
İlqar Rəhimov: “Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi”
“Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı nəticələrlə bağlı jurnalistlərə açıqlamasında deyib. O, komandadakı hər idmançının nəyə qadir olduğunu bildiklərini söyləyib: “Bu məlumatlar bizə əsas verir ki, düzgün …
Read More »Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək. Mərkəzdən verilən məlumata görə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, …
Read More »Erməni qadın uşaqlarıyla birgə Şuşaya keçmək istədi
Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, onlar Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib. Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev …
Read More »Sülməramlılar jurnalistləri Xudavəngə buraxmadılar – FOTOLAR
Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Kəlbəcərdə olub. Boyukmillet.com xəbər verir ki, rayonun bir sıra vacib nöqtələrinə gedən jurnalistlər “Xudavəng” məbədi ərazisinə də baş çəkiblər. Ancaq Rusiya sülhməramlıları onları “Tanrı məbədi”nə buraxılmayıblar. Özünü cavabdeh şəxs kimi təqdim edən “İlya” adlı rus əsgər komandanlığın əmrinə əsasən, içəri heç kimi buraxa bilməyəcəyini söyləyib. Bununla belə onlar foto-videoların kənardan çəkilməsinə mane olmayıblar. “İçəridə …
Read More »“Paşinyan bir dəfə də “Qarabağ Ermənistandır” desə…”
“Tutaq ki, Nikol Paşinyan Qarabağa getdi və “respublika”nın (Qondarma qurum nəzərdə tutulur-red.) təhlükəsizliyini təhdid altında qoydu. Bu, doğru olardı, ya yox?” Boyukmillet.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki, erməni mətbuatına açıqlamasında bu fikirləri söyləyən tanınmış politoloq Arqişti Kiviryan Paşinyanın ümumiyyətlə, hər hansı bir tarixdə Qarabağa səfər etməsinin Ermənistan və Qarabağdakı ermənilər üçün böyük fəlakətlə nəticələnə biləcəyini deyib. Politoloqun fikrincə, artıq Qarabağa Ermənistandan …
Read More »Yeniyetmələrin vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılacaq
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
Read More »Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılır
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Boyukmillet.com xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 …
Read More »Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla …
Read More »Rüstəm Muradov Qarabağdan getdi – SƏBƏB
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
