“Əsgərlərimiz əcdadlarına layiq şəkildə vəzifələrini icra ediblər”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib. “Hərbi vəzifələrlə yanaşı, əfqanıstanlı qardaşlarımıza həmçinin təhsil sahəsində də yardım etdik. Əsgərlərimiz Əfqanıstanda əcdadlarına layiq şəkildə vəzifələrini icra ediblər və ölkələrinə qayıdıblar. Kabil aeroportundakı sıxlıq və gərginliyə baxmayaraq, təxliyənin uğurla gerçəkləşdirilməsi Türk Silahlı Qüvvələrinin gücünü göstərmişdir”, – o qeyd edib.
Read More »Monthly Archives: Sentyabr 2021
Sabah dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq
Sentyabrın 02-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % …
Read More »Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib
Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.
Read More »Mövlud Çavuşoğlu Serbiya XİN başçısı ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirin tviter səhifəsində məlumat verilib. M.Çavuşoğlu serbiyalı həmkarı Nikola Selakoviçlə görüşüb. Nazir həmçinin Yenipazar bölgəsində bələdiyyə sədri Nihat Bişevacla görüşüb, onun burada Türkiyə baş konsulluğunun açılışında iştirakı planlaşdırılıb. Qeyd edək ki, Türkiyə XİN başçısının Serbiya Prezidenti, Baş naziri və parlament sədri ilə də görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə …
Read More »Bakıda peyvənd olunmaq istəyən ər-arvad poliklinikanın şüşəsini sındırıb, 3 həkimə xəsarət yetirib
Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib. “Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və …
Read More »Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə polkovnik-leytenant Anar Eyvazov təyin olunub. Mətbuat Xidmətinin rəisi vəzifəsi A.Eyvazova həvalə edilib.
Read More »ÜST və UNICEF Azərbaycanı məktəbləri açmağa çağırır
Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir. ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, …
Read More »Gürcüstan Azərbaycandan dizel idxalını artırıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 114,3 min ton dizel idxal edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib. İllik müqayisədə həcmdə 300 ton artım qeydə alınıb. Hesabat dövründə Gürcüstanın dizel yanacağına olan tələbatının 18,1 %-ni Azərbaycan təmin edib. İlk yeddi ayda qonşu ölkənin tədarük etdiyi benzin və dizel yanacağının ümumi həcmi 631,4 min ton təşkil edib ki, bu da ötən ilin eyni …
Read More »ABŞ-dan Ukraynaya 60 milyonluq hərbi yardım
ABŞ Vladimir Zelenski ilə Co Baydenin görüşü ərəfəsində Ukraynaya 60 milyon dollara qədər hərbi yardım vəd edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. “Ukraynaya yardım paketi sərhəddə Rusiya hərbi fəaliyyətinin əhəmiyyətli dərəcədə artması, habelə minaatan hücumları, atəşkəsin (Donbasda) pozulması və digər təxribatlar səbəbindən lazımdır”,- məlumatda bildirilib.
Read More »Lavrovdan sərhəd açıqlaması: Putinin təşəbbüsü ilə… – VİDEO
Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Boyukmillet.com xəbər verir ki, bunu Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib. “Biz Ermənistan və Azərbaycan arasındakı bütün məsələlərin yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğunu düşünürük. Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya prezidentinin bununla bağlı təşəbbüsü hamıya məlumdur”, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
