Bazar , 14 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,3% azalaraq 1,9881 manat, Rusiya rublunun məzənnəsi isə 0,4% artaraq 0,0235 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,98811 Rusiya rublu0,02351 Avstraliya dolları1,24101 Argentina pesosu0,01721 Belarus rublu0,68191 Braziliya rialı0,31531 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1136100 Cənubi Koreya vonu0,14381 Çexiya …

Read More »

Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Gününün qeyd olunması şərəfinə Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb. Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib. Eyni zamanda binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb. Qeyd edilir ki, Peruda paytaxt Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 …

Read More »

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kompleksin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Xatirə Kompleksi şəhər qəbiristanlığının ərazisində yerləşir. Kompleksin ərazisində işıqlanma sistemləri qurulub və dekorativ ağaclar əkilib. Xatirə Kompleksində Vətən Müharibəsində şəhid olmuş 97 qəhrəmanın fotosu və onlar haqqında məlumat lövhələri öz əksini tapıb. Qeyd edək ki, Xatirə Kompleksi rayon sakinlərinin təşəbbüsü ilə tikilib. Cəlilabadın 97 …

Read More »

Kreml Putinlə Ərdoğanın müzakirə mövzularını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıdakı danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. “Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi …

Read More »

Fransa ekspertləri Azərbaycan ərazilərinin minalardan təmizlənilməsini müzakirə edib

Fransanın paytaxtı Parisdə ikinci Qarabağ müharibəsinin geosiyasi və geoiqtisadi nəticələrinə həsr edilmiş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə Milli Sənaye İnkişafı Cəmiyyətinin ofisində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy, fransalı professorlar, akademiklər, …

Read More »

Mədəniyyət Nazirliyi Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb. Boyukmillet.com xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib. Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı …

Read More »

ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiriyin Twitter səhifəsində məlumat yayılıb. “Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, diplomatik nümayəndəlikdən bildirilib.

Read More »

Mövlud Çavuşoğlu: “Azərbaycanlı qəhrəmanlarımızı rəhmətlə yad edirəm”

“Bu gün Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsinin birinci ildönümüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bununla əlaqədar olaraq, başda azərbaycanlı qəhrəmanlarımız olmaqla, vətənlərimizin ərazi bütövlüyü, təhlükəsizliyi və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – nazir bildirib.

Read More »

Türk Şurasının XİN başçıları Azərbaycan şəhidlərinin xatirəsini yad ediblər

Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici diplomatlardan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib. Daha sonra toplantı iştirakçıları ayağa qalxıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Read More »

Azərbaycanın tanınmış idmançıları Anım Günü ilə bağlı paylaşımlar ediblər

Azərbaycanın idman ictimaiyyəti 27 sentyabr – Anım günü ilə əlaqədar müxtəlif paylaşımlar edib. Boyukmillet.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif federasiyalar və idmançılar şəhidləri ehtiramla yad etdiklərini bildirblər. Güləşçilər Hacı Əliyev, Mariya Stadnik, cüdoçu Rüstəm Orucov, karateçi Rafael Ağayev futbolçular Mahir Emreli, Ruslan Abışov, Ramil Şeydayev, milliləşdirilmişlərdən Şahruddin Məhəmmədəliyevlə Riçard Almeyda, Mert Çelik və şahmatçı …

Read More »