Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri beş gün işləməyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 5-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Read More »

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm …

Read More »

Mehriban Əliyeva yeni inşa edilən Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub

Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzi istifadəyə verilib. Boyukmillet.com  xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin açılışında iştirak ediblər. Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni …

Read More »

BP Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib

Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik müraciəti şirkətin rəsmi tviter səhifəsində paylaşılıb. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, sevinc, sülh və əmin-amanlıq arzu edirik”, – təbrikdə deyilir.

Read More »

Fransa səfiri Azərbaycan xalqını tərbik edib

Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib. Boyukmillet.com  xəbər verir ki, diplomatik nümayəndəlik bayram münasibətilə tviterdə videoçarx paylaşıb. Videoda səfirliyin əməkdaşları, həmçinin səfir Zakaria Qross çıxış edib, təbriklərini çatdırıblar. “Əziz dostlar, sizə dinc və xoşbəxt 2022-ci il arzu edirəm. Fransa regionda sülh və rifahın qurulmasında sizin yanınızda olacaq”, – diplomat bildirib. Yeni 2022-ci iliniz Mübarək ! …

Read More »

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!” https://www.instagram.com/p/CYIyw8bqPt_/?utm_source=ig_web_copy_link

Read More »

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

arici işlər naziri Ceyhun Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib. “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Yaşasın müstəqil, firavan, güclü Azərbaycan …

Read More »

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, səfir təbrik mətnini tviterdə paylaşıb. “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü səmimi qəlbdən təbrik edir yeni ilin xoşbəxt arzularla sülh və əmin-amanlıq gətirməsini diləyirik”, – səfir qeyd edib.

Read More »

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı rəsmi tviter səhifəsində Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımı edib. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!”, – paylaşımda bildirilib.

Read More »

Azərbaycanda 5 günlük bayram tətili başlayıb

Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb. Boyukmillet.com xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir. Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir. Yanvar ayının 1 və …

Read More »