Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Ərdoğanla Putin arasında görüş başlayıb

Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüş başlayıb. Boyukmillet.com  xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər. Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada işgüzar səfərdədir.

Read More »

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Read More »

Vilayət Eyvazov yeni rəis müavini təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki,bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində …

Read More »

Azərbaycan güləşçisi dünya çempionatının favoritləri sırasındadır

Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarının 25 medalçısı sifariş olunub. Dünya Güləş Birliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, onların arasında Azərbaycanın yalnız 1 təmsilçisi yer alıb. Bu, 82 kq çəki dərəcəsində bürünc medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. Həmin çəkidə digər medalçılar iştirak etməyəcəklərindən, Hüseynov qarşılaşmalara favorit qismində çıxacaq. Ümumilikdə Tokio-2020-nin sərbəst güləşdə …

Read More »

Kəlbəcərdə çörəkbişirmə sexi açılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörəkbişirmə sexinin açılışı olub. Açılış mərasimində müdafiə nazirinin müavinləri – …

Read More »

Hulusi Akardan Şoyquya ŞOK müraciət – “Rusiya bombaları…”

Türkiyənin müdafiə naziri Hulusi Akar, Rusiyalı həmkarı Sergey Şoyqu ilə İdlibin deeskalasiya zonasında hava zərbələrinin sayının artması mövzusunu müzakirə edəcəyini istisna etməyib. Bu barədə “Anadolu” xəbər verir. Jurnalistlərə verdiyi müsahibədə Akar vurğulayıb ki, Rusiya tərəfi hava zərbələrinin Suriyadakı “terror qrupları” na edildiyini iddia edir, lakin reallıqda, qurbanların arasında və ya bu hava hücumlarından xilas olunanların arasında bir dənə də olsun …

Read More »

Elin qızı, gəlini, şad gündə qırmızı geyinər

Anım tədbirinə qırmızı libasla gələrək gündəmə çevrilən Abşeron rayon Səhiyyə Şöbəsinin müdiri Mehriban Qaralovanın bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Boyukmillet.com saytının redaktoru Sima Babayeva da rəsmi facebook hesabında, bu davranışa etiraz məqsədi ilə paylaşım edib. Həmin paylaşımı təqdim edirik: Elimizin adəti vardır. Elin qızı, gəlini, şad gündə qırmızı geyinər, xalqın bəd günündə isə qara (saya) geyinər. Kiminsə …

Read More »

Bakının yağış altında qalan küçələri: Problemin səbəbləri və həlli yolları

Yağış yağdığı zaman Bakının yollarında, küçə və prospektlərində, ayrı-ayrı yaşayış massivləri və məhəllələrdə acınacaqlı vəziyyət yaranır, küçələr su altında qalır, su ilə dolmuş məhəllələrdə insanların küçəyə çıxması çətinləşir, yollarda avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev “Report”a açıqlamasında bu problemin səbəblərindən danışıb: “Bu problem dünyanın hər yerində var. Amma bizdə problem yağış sularının dərhal küçələrdən axıb getməsini …

Read More »

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Read More »

Azərbaycanda daha 885 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib. 20 706 nəfər aktiv xəstə …

Read More »