Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Bir qrup xarici qonaq “Suraxanı” gəmi-muzeyini ziyarət edib

Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının iştirakçıları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb. Məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Polşadan olan dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri və nümayəndələrini ASCO-nun sədri Rauf …

Read More »

Həftəsonları ictimai nəqliyyat işləyəcək

Azərbaycanda oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Read More »

“İlham Əliyev BMT-də beynəlxalq qurumları erməni vandallığına münasibət bildirməyə çağırıb”

“Azərbaycan xalqı tarix boyu zaman-zaman ermənilərin soyqırımına məruz qalıb. Belə faciə və müsibətlər ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başına yenidən gətirildi. Onlar işğal etdikləri torpaqlarımızda bütün məktəbləri, mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdaraq yerlə-yeksan ediblər. Məscidlərimiz, tarixi abidələrimiz də dağıntıya məruz qaldı”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Ceyhun Məmmədov Onun sözlərinə görə, Ermənistan …

Read More »

Azərbaycan və Fransa XİN başçıları arasında görüş olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq …

Read More »

İƏT-in nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə məruz qalmış Tərtər rayonunda həyata keçirib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti müharibə dövründə beynəlxalq humanitar …

Read More »

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb. Boyukmillet.com xəbər verir ki, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada …

Read More »

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ parlamentin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.

Read More »

Bakıda intensiv yağış, dağlıq ərazilərdə sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var, gündüz tədricən kəsiləcək. Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycan rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, …

Read More »

Azərbaycan lideri: “Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, təklifimizlə razılaşsınlar”

“Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Buna görə düşünürəm ki, status …

Read More »

Azərbaycan lideri sakinlərin Şuşaya köçürüləcəyi vaxtı açıqlayıb

“Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha …

Read More »