Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

“Zəfər tarixi” dərsliyi çap olunub

2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün …

Read More »

Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul üzərində nümunəvi uçuşlar həyata keçiriblər. Boyukmillet.com-un xəbərinə görə, uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-nə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib. Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola …

Read More »

Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib. Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib. Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı …

Read More »

Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür. Səfər zamanı R.T.Ərdoğan və V.Putin arasında görüş olacaq.  “Prezidentlər ikitərəfli əlaqələrin hazırki durumunu, beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər”, – D.Peskov vurğulayıb. 

Read More »

Azərbaycan Litvada festivalda təmsil olunub

Azərbaycan Litvada “Mədəniyyətlər bağı-2021” festivalında təmsil edilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə ölkəmizi Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) təmsil edib. Qeyd edək ki, festivalda Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib, bütün dünyada məşhur olan “Sarı Gəlin”, “Naz eləmə” və sair kimi milli musiqi və rəqslərimizi təqdim edilib. Festivalın yekununda AYOL Azərbaycan mədəniyyətinin Litvada təbliğində fəal iştirakına və xalqlar arasındakı dostluğun …

Read More »

Xüsusi nümayəndə: “Şuşanın 270 illiyi münasibətilə böyük konsert proqramı təşkil olunacaq”

“Gələn il Şuşanın 270 illiyi münasibətilə şəhərdə böyük konsert proqramı təşkil olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi gələcək mədəni tədbirlərin başlanğıcıdır: “Bundan sonra Şuşada daha böyük konsertlər təşkil olunacaq. Gələcək tədbirlərin proqramı hələlik müəyyən olunmasa da şəhərdə konsertlərin təşkil olacağı dəqiqdir”.

Read More »

Kəmaləddin Heydərov Cahit Bağçı ilə görüşüb

Sentyabrın 20-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. O xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi …

Read More »

Azərbaycanın gənclər və idman naziri Türk Şurasının iclasında iştirak edir

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Şurasının gənclər və idman nazirlərinin 5-ci iclası keçirilir. İclasda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da iştirak edir. Nazirlər əməkdaşlığın inkişafı məsələlərini, habelə Türk Şurasının bu sahə üzrə təşəbbüslərini müzakirə edəcəklər.

Read More »

Xüsusi nümayəndə: “Şuşanın 270 illiyi münasibətilə böyük konsert proqramı təşkil olunacaq”

“Gələn il Şuşanın 270 illiyi münasibətilə şəhərdə böyük konsert proqramı təşkil olunacaq”. Bunu “Report”a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi gələcək mədəni tədbirlərin başlanğıcıdır: “Bundan sonra Şuşada daha böyük konsertlər təşkil olunacaq. Gələcək tədbirlərin proqramı hələlik müəyyən olunmasa da şəhərdə konsertlərin təşkil olacağı dəqiqdir”.

Read More »

Azərbaycanlı Ramin Məmmədov ABŞ-da Nümayəndələr Palatasına seçkilərdə namizədliyini irəli sürüb

Azərbaycan mənşəli ABŞ vətəndaşı Ramin MəmmədovABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər üçün namizədliyini irəli sürüb. Boyukmillet.com xəbər verir ki, Ramin Məmmədov seçkilərə Şimali Karolina ştatından qatılıb. Xatırladaq ki, Ramin Məmmədov Bakı şəhərində anadan olub. O, 2001-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra ABŞ-a köçüb. https://www.youtube.com/watch?time_continue=2&v=ManqxSSj7hA&feature=emb_logo

Read More »