Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzlayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar incəsənət xadimi” Babayeva Rasimə Əhməd qızı Neymanova Kəmalə İlyas qızı “Əməkdar artist” Ağayeva Rəna Knyazevna …
Read More »Yearly Archives: 2021
Avropa İttifaqının xüsusi nümayəndəsi Ağdama gəlib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna gəlib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı Aİ nümayəndəsi Qarabağın Ermənistan tərəfindən 30 illik işğalının fəsadları ilə tanış olacaq. Xatırladaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir.
Read More »Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən təlimlər barədə məlumat yayıb
Türkiyənin Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini – 2021” təlimi uğurla başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimləri uğurla icra edən bütün hərbçiləri təbrik edirik”, – məlumatda vurğulanıb. Konya’daki 3’üncü Hava Jet Üs Komutanlığımızın ev sahipliğinde gerçekleşen ve Azerbaycan Hava Kuvvetleri unsurlarının da katıldığı TURAZ Şahini-2021 Tatbikatı başarıyla …
Read More »Ceyhun Bayramov: “Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazir Ceyhun Bayramov rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.Alessandro …
Read More »Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib. “Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım”, – nazir vurğulayıb.
Read More »Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub
Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb. Qeyd edək ki, ECMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün …
Read More »Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov 9 sentyabr 2021-ci il tarixində etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb. Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və …
Read More »Ərdoğan Türkiyənin Dini İşlər İdarəsinə sədr təyin edib
Professor Ali Erbaş yenidən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsinə təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. A.Erbaş yenidən bu vəzifəyə təyin olunması ilə əlaqədar R.T.Ərdoğana təşəkkür edib. Qeyd edək ki, A.Erbaş Ordu əyalətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. 2017-ci ildən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsində çalışır.
Read More »MTN generalının şantaj yolu ilə rüşvət aldığı şəxslərin adları məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkmiş şəxslərin adları məlum olub. Boyukmillet.com xəbər verir ki, cinayət işində 32 zərərçəkmiş – Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa …
Read More »Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə hərbi müqaviləni təsdiqlədi
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında olan ABŞ istehsalı helikopterlərin texniki qulluğuna dair hərbi müqaviləni təsdiq edib. Boyukmillet.com xəbər verir ki, müqavilənin dəyəri təxminən 500 milyon ABŞ dollarıdır. Söhbət “AH-64D/E Apache”, “UH-60L Black Hawk”, “UH-60M Black Hawk”, “Schweizer 333”, “Bell 406CS” və “Boeing” şirkətinin “CH-47F Chinook” helikopterlərindən gedir. Konqres qərarla bağlı məlumatlandırılıb. Qanunvericilərə bu yeni hərbi müqaviləni öyrənmək və bəlkə də …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
