Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Ceyhun Bayramov: “İslamabadda Əfqanıstan böhranına dair mühüm qərarlar verilib”

“Əfqanıstanda avqust ayından geniş vüsət alan humanitar böhran yüz minlərlə əhalinin həyatına təhlükə yaradır”. Bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə keçirdiyi mətbuat konfransında “Report”un sualına cavab verərkən deyib. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İslamabaddakı 17-ci görüşündə Əfqanıstandakı humanitar böhranın qarşısını almaq üçün bir sıra mühüm qərarlar verilib: “Belə ki, …

Read More »

Kəmaləddin Heydərov generala yüksək vəzifə verib

Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib. Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Read More »

Rusiya müsəlmanlarının dini lideri Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir həzrət Krqanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com  xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu, İcazə verin, Rusiya Müsəlmanlarının Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə – 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim. Yubiley sadəcə bayram deyil. Bu, …

Read More »

Qazaxıstan Senatı ölüm hökmünün ləğvi haqqında qanunu qəbul edib

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat ölkədə ölüm hökmünün ləğvi haqqında qanun layihəsini qəbul edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü ilə bağlı müddəalar çıxarılıb. Qeyd olunub ki, bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq. Prosedura görə, qanun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzalamasından sonra qüvvəyə minəcək. Qeyd edək ki, 2021-ci …

Read More »

Sabah Bakıda intensiv qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan …

Read More »

Müdrik rəhbər, qalib sərkərdə

Qalib dövlət, Cənubi Qafqazın lideri, qlobal məsələlərdə söz sahibi, regionun tranzit qovşağı və s… Bunlar hazırda müasir Azərbaycanı xarakterizə edən və onu tarixinin ən qüdrətli dövlətinə çevrilməsini şərtləndirən gerçəkliklərin yalnız bir qismidir. Bəli, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yüksəliş strategiyasının Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, xarizması, yüksək siyasi və liderlik keyfiyyətləri ilə həyata vəsiqə alması bütün bu nailiyyətlərimizi layiqincə təmin …

Read More »

Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm. Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində …

Read More »

Ermənistanda aksiya keçirilir

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyanın, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüş tələb edirlər. Etirazçılar seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Onlar bildiriblər ki, N.Paşinyan kimi V.Qriqoryan da xalqın səsini qazanıb və seçkilərdə qalib gəlməlidir.

Read More »

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Müşahidə Şurasının 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub. Müzakirələrdə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatının dinlənilməsi, Agentliyin Qrant siyasəti sənədinin təsdiq edilməsi, Agentliyin fəaliyyət strategiyasının qəbul edilməsi, İctimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatının dinlənilməsi və digər məsələlər yer alıb. Sonda Müşahidə Şurasının …

Read More »

İrakli Qaribaşvili Azərbaycan liderini təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Əziz dostum, Hörmətli cənab Prezident, Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından 60 illik yubileyiniz münasibətilə xüsusi şərəf hissi ilə ürəkdən təbrik edirəm. Sizə güc-qüvvət, cansağlığı və uğurlar arzulayıram. Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir. Gürcüstan-Azərbaycan …

Read More »