Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır. …
Read More »Yearly Archives: 2021
Özbəkistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu, Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam. Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi …
Read More »Çin lideri Azərbaycan Prezidentini təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. …
Read More »Əli Əsədov: “Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”
“Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. O deyib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə daim zənginləşən iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qüdrətinin artırılmasıdır: “Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda …
Read More »Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.
Read More »Nazir: “Pandemiyadan çıxışla bağlı həyata keçirilən epidemioloji tədbirlər iqtisadi artıma səbəb olub”
“2021-ci ildə pandemiyadan çıxışla bağlı Azərbaycanda həyata keçirilən uğurlu epidemioloji tədbirlər və böhranın idarə edilməsi iqtisadi artıma səbəb olub”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, ölkənin əsas hədəfləri, iqtisadi inkişafın dinamikası məhz 2020-ci ildə baş verən hadisələrdən qaynaqlanırdı: “2020-ci ildə koronavirus pandemiyasına görə, qlobal miqyasda iqtisadiyyatda böhran yaşanırdı. Bu böhranı bütün dünya iqtisadiyyatı …
Read More »Mikayıl Cabbarov: “Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub”
“Bu il Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu il Azərbaycanda ÜDM-in artım tempi 2021-ci ilin sonu üçün 3,4% həcmində proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Təşkilatları buna skeptik yanaşırdı: “Onlar 1,7 %-dən yuxarı artım tempi görmürdülər. Lakin 11 ayın yekununda Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz səviyyəsində …
Read More »İSBAM sədri Türkiyə parlamentində çoxsaylı görüşlər keçirib
Türkiyədə işgüzar səfərdə olan İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Türkiyə Böyük Millət Məclisinin deputatları ilə çoxsaylı görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, İSBAM sədri hakim AKP-dən olan deputatlarla yanaşı, MHP və İYİ partiyadan olan deputatlarla da ölkələrimiz arasında uğurla yüksələn əməkdaşlıq münasibətlərini, həmçinin, ikitərəfli məsələlər barədə ətraflı müzakirələr aparıb. Tərəflər bu cür təmasların sıx davam etməsi barədə qarşılıqlı …
Read More »Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”
“Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdə akkreditə olunmuş diplomatik korpusunun onlayn formatda keçirilən konfransında çıxışında deyib. O, Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olmasının son dərəcə vacib olduğunu bildirib. Region ölkələri ilə sıx münasibətlərə toxunan Baş nazirin sözlərinə görə, irəli sürdüyü “dinc qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, …
Read More »Şoyqu: “Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır”
“Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar. “Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
