Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Kəlbəcərdə olub. Boyukmillet.com xəbər verir ki, rayonun bir sıra vacib nöqtələrinə gedən jurnalistlər “Xudavəng” məbədi ərazisinə də baş çəkiblər. Ancaq Rusiya sülhməramlıları onları “Tanrı məbədi”nə buraxılmayıblar. Özünü cavabdeh şəxs kimi təqdim edən “İlya” adlı rus əsgər komandanlığın əmrinə əsasən, içəri heç kimi buraxa bilməyəcəyini söyləyib. Bununla belə onlar foto-videoların kənardan çəkilməsinə mane olmayıblar. “İçəridə …
Read More »Yearly Archives: 2021
“Paşinyan bir dəfə də “Qarabağ Ermənistandır” desə…”
“Tutaq ki, Nikol Paşinyan Qarabağa getdi və “respublika”nın (Qondarma qurum nəzərdə tutulur-red.) təhlükəsizliyini təhdid altında qoydu. Bu, doğru olardı, ya yox?” Boyukmillet.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki, erməni mətbuatına açıqlamasında bu fikirləri söyləyən tanınmış politoloq Arqişti Kiviryan Paşinyanın ümumiyyətlə, hər hansı bir tarixdə Qarabağa səfər etməsinin Ermənistan və Qarabağdakı ermənilər üçün böyük fəlakətlə nəticələnə biləcəyini deyib. Politoloqun fikrincə, artıq Qarabağa Ermənistandan …
Read More »Yeniyetmələrin vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılacaq
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
Read More »Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılır
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Boyukmillet.com xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 …
Read More »Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla …
Read More »Rüstəm Muradov Qarabağdan getdi – SƏBƏB
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın …
Read More »Medianın İnkişafı Agentliyində jurnalistlərlə görüş keçirilib
Boyukmillet.com xəbər verir ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirildi. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak edirdilər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. “Media haqqında” Qanun layihəsi haqqında …
Read More »Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv edib
Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib. Bu barədə Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər. “Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır” – deyə xidmətdən qeyd ediblər. Xatırladaq …
Read More »Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib
Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, S.Şərifov Azərbaycanın maliyyə naziridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.
Read More »“Bu, onların növbəti tarixi səhvi olacaq” – Hikmət Hacıyev + VİDEO
“Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Prezidentimizin də söylədiyi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin”. Bu açıqlamanı “HaberGlobal”a müsahibəsində Füzuli Beynəlxalq hava limanın açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
