Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib. Dövlət Agentliyindən bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə …
Read More »Yearly Archives: 2021
Prezident Vaqif Poeziya Günlərinin başlaması münasibətlə xalqı təbrik edib
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. Boyukmillet.com -un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib. “Vaqifin məqbərəsi bütün …
Read More »Prezident: “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var”
“Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən …
Read More »Azad edilmiş ərazilərdə ekologiyaya vurulmuş zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri …
Read More »Dövlət başçısı: “Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”
“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”. Boyukmillet.com xəbər verir ki,bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib. “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış …
Read More »Zakir Həsənov erməni təxribatına adekvat cavab verilməsi tapşırığını verib
Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə …
Read More »Paralimpiya çempionu: “Qələbəmi şəhidlərə və qazilərə həsr edirəm”
“Yarışa çox ciddi hazırlaşmışdıq. Şəxsi məşqçimlə ən çox fransalı idmançı Sandrin Martinenin üzərində işləmişdik. Bilirdim ki, finalda onunla qarşılaşacağam”. Bu fikirləri “Reporta” açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma zamanı deyib. 48 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bütün rəqiblərinin güclü olduğunu bildirib: “Hər şey gözlədiyim kimi …
Read More »Zakir Həsənov xidməti müşavirə keçirib
Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin …
Read More »Dövlət Komissiyası: “Azad edilmiş ərazilərdə tapılan məzarlıqların beynəlxalq təşkilatlar vasitəsilə açılması nəzərdə tutulur”
“İşğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsinə aid kütləvi məzarlıqlar tapılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, həmin məzarlıqların beynəlxalq təşkilatlar vasitəsilə açılması və oradakı meyit qalıqlarının ekskumasiyası və identifikasiyası istiqamətində müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.
Read More »Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər
Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlət başçısı açılış mərasimində çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
