Türkiyənin Mersin şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Silifke bölgəsində sərnişin avtobusu dərəyə yuvarlanıb. Bildirilib ki, Antalyadan Qaziantep şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb. Əraziyə təcili yardım və jandarm cəlb edilib.
Read More »Yearly Archives: 2021
Neft korreksiya səbəbindən bahalaşmaqdadır
Ötən həftə 7-9 %-lik ucuzlaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə 2 %-dək bahalaşmağa başlayıb. Boyukmillet.com “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:58-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,84 % bahalaşaraq, 1 bareli 65,64 ABŞ dollarına satılıb. “WTI” neftinin sentyabr fyuçerslərinin qiyməti 1,8 % qalxaraq, 1 bareli 66,35 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 1,82 % bahalaşaraq, 1 bareli 63,24 ABŞ dolları təşkil edib. …
Read More »Milli Məclis sədrinin müavini Ukraynaya səfərə gedir
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər. Səfər avqustun 25-də başa çatacaq.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.08.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,3 % artaraq 1,9918 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % artaraq 0,0230 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99181 Rusiya rublu0,02301 Avstraliya dolları1,21671 Argentina pesosu0,01751 Belarus rublu0,67651 Braziliya rialı0,31591 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1116100 Cənubi Koreya vonu0,14481 Çexiya kronu0,0779100 Çili pesosu0,21611 Çin yuanı0, 26191 Danimarka kronu0,26781 …
Read More »BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə edib
BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir. “BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı müttəfiqi olan bir neçə …
Read More »Korrupsioner Vilyamın sayıqlamalarını əsas götürüb, ölkəmizin ərazi bütövlüyünü hədəf alanlar…
Deyir, bir dəli quyuya daş atdı, 100 ağıllı yığışıb onu çıxara bilmədi. Korrupsiya ittihamına görə həbs edilən Vilyam Hacıyev məhkəməsində məsuliyyətsiz və savadsız bir söz işlədib. Özünə imtiyaz qazanmaq üçün deyib ki, “Niyə məni müalicəyə göndərmirsiniz, axı mən Naxçıvanın fəxri vətəndaşıyam”. Yəqin ki, Vilyamın evindən çıxan pulun miqdarı hamının yadındadır. Həmin kadrlar telekanallar vasitəsilə geniş yayımlanıb. İndi bu adam yığdığı …
Read More »Çexiya prezidenti: “NATO Əfqanıstanı Tramp və Baydenə görə tərk edib”
NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı sahibi Cozef Bayden məsuliyyət daşıyır. Boyukmillet.com xəbər verir ki, bunu Çexiya prezidenti Miloş Zeman “Blesk” qəzetinin şəbəkə telekanalına müsahibəsində bildirib. “Qoşunların Əfqanıstandan çıxarılmasının əsas səbəbi bu, iki prezident olub”, – Zeman deyib. Onun sözlərinə görə, Tramp və Bayden Əfqanıstanda hərbi mövcudluğunu saxlamaqda cəsarət göstərməyib. Zemanın fikrincə, NATO “ABŞ …
Read More »Ankarada yol qəzasında onlarla insan yaralanıb
Türkiyənin paytaxtı Ankarada Çubuk-Şabanozu magistral yolunda minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Boyukmillet.com bu barədə “Anadolu”ya istinadən xəbər verir. Məlumata görə, hadisə nəticəsində səkkizi uşaq olmaqla, 20 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Halil Şıvgın Çubuk Dövlət Xəstəxanasına çatdırılıb. Qəza səbəbindən Çubuk-Şabanozu magistral yolunda nəqliyyatın hərəkəti təxminən 1 saat dayanıb.
Read More »“Füzuli” Beynəlxalq hava limanında sınaq uçuşları başlayıb
“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC xəbər verir. 20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək. Qeyd …
Read More »Sabah 40 dərəcə isti olacaq, bölgələrə yağış yağacaq, dolu düşəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-37° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
