Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Boyukmillet.com xəbər verir ki, mərhumun cənazəsini gətirən Türkiyə Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 09:39 Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb. Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya …
Read More »Yearly Archives: 2021
Vətən müharibəsi qazisi dələduzluqla üzləşib
Vətən müharibəsi qazisi Sahili Həsənliyə qarşı dələduzluq edilib. Boyukmillet.com-un xəbərinə görə, o, bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edib. S.Həsənlinin müraciətinə dərhal reaksiya verilib, qısa müddətdə araşdırılaraq müsbət həll edilib. Ona dəymiş maddi ziyanın ödətdirilib.
Read More »Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycana getməyə hazırlaşırlar. Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin …
Read More »Azərbaycan diplomatı Meksika mətbuatında erməni təcavüzünü işfa etdi
Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur …
Read More »Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
Qarabağ müharibəsində həlak olmuş daha 31 erməni hərbi qulluqçunun meyiti yanvarın 26-da Ermənistana təhvil verilib. Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. Müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, meyitlərin bəzilərinin üzərində sənədlər var. O, itkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcəyini qeyd edib. Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri …
Read More »Bayden NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib
ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd edilir ki, ABŞ prezidenti NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib. “Prezident Cozef Bayden bu gün NATO baş katibi Yens Stoltenberqlə danışıb. Prezident Baş katibə ittifaqa etibarlı rəhbərliyi üçün təşəkkür edib, Əfqanıstan, İraq və …
Read More »Azərbaycanın XİN başçısı Fransanın dövlət katibini qəbul edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı …
Read More »Korrupsioner necə “Əməkdar həkim” olub? – Masallıdan Bakıya uzanan qara əllər…
Bir neçə gün əvvəl Masallı Rayon Xəstəxanasının direktoru Cəlil Oruc oğlu Nəzərov həsb edildi. Uzun müddət direktor vəzifəsində işləyən C.Nəzərov həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilməsi üçün vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alırmış. Onun otağında müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair …
Read More »Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? – Hikmət Hacıyev açıqladı
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb. Boyukmillet xəbər verir ki, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi. “Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən …
Read More »Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib
Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
