Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları 53 mina aşkarlandı

Bu ilin 09-12 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub. ANAMA-dan  verilən məlumata …

Read More »

Tramp Baydenə xəbərdarlıq etdi

ABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. “25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun ”, – deyə Donald Tramp vurğulayıb. ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci …

Read More »

Dağıstanda 50-dən çox uşaq zəhərlənib

Dağıstanda uşaqlar arasında kütləvi zəhərlənmə olub. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Hadisə Buynak şəhərində qeydə alınıb. Zəhərlənmə nəticəsində 50-dən çox uşaq xəstəxanaya yerləşdirilib. Dağıstan Səhiyyə Naziri vəzifəsini icra edən Tatyana Belyaeva bildirib ki, uşaqların qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciəti hələ ötən gündən başlayıb. O, uşaqlara lazımi tibbi yardım göstərildiyini və zəhərlənməyə səbəb olan mənbə aşkarlanana qədər şəhər sakinlərinə …

Read More »

ONLARI SİZ DƏ TANIYIN

Bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşlarımızın asayişini mühafizə edən, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqi ncə yerinə yetirən nümunəvi polislərimizdən bəhs etmək istəyirəm. Bəli, onlar daim asayişimizi qoruyaraq, təhlükəsizliyimizin keşiyində dayanaraq işlərindən zövq alırlar. İndiki gərgin şəraitdə – koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda …

Read More »

“Bu gün bizə mütləq Qərbi Azərbaycan İnstitutu lazımdır” -MÜSAHİBƏ!

Əziz Ələkbərli: “Biz silah gücünə ermənini işğal altındakı torpaqlarımızdan qova bildik, amma…”“Bu İnstitut erməninin bütün dünyadakı dayaqlarını darmadağın edə, erməninin Cənubi Qafqazdakı kökünü qazıya bilər” Son vaxtlar Ermənistanda yeni işğal və qisas əməliyyatları ilə bağlı çağırışların artması, bununla bağlı bəzi təşkilatların yaradılmasıl müşahidə edilir.  Moderator.az olaraq millət vəkili Əziz Ələkbərli ilə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq. –Əziz bəy, …

Read More »

“Moskva görüşündən əvvəl səslənən iddialar fiaskoya uğradı” – Rufiz Qonaqov

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Moskvada keçirdiyi üçtərəfli görüşdə Azərbaycan masadan qalib ayrıldı. Görüşün nəticəsində imzalanan razılaşma da bunun göstəricisidir. Görüşdən əvvəl isə bəzi iddialar səsləndirilirdi. İddia olunurdu ki, Moskva görüşündə Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, bir növ müharibədə əldə olunan qələbəyə kölgə salınacaq. Amma görüşün nəticəsindən bir daha bəlli oldu ki, bu cür iddialar əsassızdır və Azərbaycan …

Read More »

Şuşada keçiriləcək “Xarı bülbül festivalı” və Vaqif Poeziya Günləri bütün dünyaya səs salacaq

Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi qəbul olunması barədə qərarlar ümumiləşmiş formada Azərbaycan tarixi və mədəniyyətinin vəhdət olunmuş şəkildə təbliğatı üçün əsaslar yaradır. İstər Nizami Gəncəvinin şəxsiyyəti, istərsə də Şuşa şəhəri Azərbaycana nə qədər əzizdirsə, Türkiyə və xalqımız üçün də bir o qədər əziz və dəyərlidir. Heydər …

Read More »

Ərdoğan: “Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik

“Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib. “30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun …

Read More »

DYP-nin saxladığı avtomobildə narkotik aşkarlandı

Bakıda avtomobildən narkotik götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki. yanvarın 11-i saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılmıb. Yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman …

Read More »

Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb

Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və Bakı şəhərlərinə olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı şəkil teleqramın Ermənistan seqmentində yayılıb. Erməni istifadəçilər şəkli “Yeni reallıq” başlığı ilə paylaşıblar.

Read More »