“Bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır. Bu, dəymiş ziyanın hesablanmasıdır. Artıq müvafiq göstəriş verilib və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla da təmaslar qurub. Əlbəttə ki, bütün ilkin işləri biz özümüz görməliyik. Bütün şəhərlərin, bütün kəndlərin video və foto çəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın …
Read More »Yearly Archives: 2021
Prezident müharibədən sonra hərbçilərimizin tutduğu erməni silahlılarından danışdı: “Onlar əsir deyil, terrorçudur”
“Eyni zamanda, imkan verdik ki, – söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, – erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan …
Read More »Azərbaycan Prezidenti: “Laçın və ya Kəlbəcərdə müasir beynəlxalq hava limanı tikiləcək”
“Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid …
Read More »İlham Əliyev koronavirus peyvəndindən danışdı: “Bütün kontraktlar imzalanıb”
“Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, …
Read More »Prezident: “Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”
“Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik. Baxmayaraq ki, mənfur düşmən …
Read More »Kəmaləddin Heydərov Dilavər Əzimlinin müalicəsini nəzarətə götürdü
AMEA Tarix İnstitutunun əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin müalicəsini fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarətə götürüb. Bu barədə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat yayıb. Millət vəkili bildirib ki, tanınmış tarixçi alim Dilavər Əzimli koronavirus səbəbiylə FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə aldığı üçün nazir Kəmaləddin Heydərova müraciət edib: “Nazir Kəmaləddin Heydərovla danışdıq, …
Read More »Avtobuslarda gediş haqqı: 50 qəpik – 1 manat – DİZEL 80 QƏPİK…
“Qiymət artımına görə nəqliyyat vasitələrinə kompensasiyalar ediləcək. Həmin kompensasiyalar tətbiq edilənə qədər özəl daşıyıcı şirkətlər yeni qiymətlə yanacaq alıb, əvvəlki qiymətlə sərnişin daşımalı olacaq. Hazırda Bakı şəhərində bir sərnişinin daşınması 50 qəpiklə 1 manat arasındadır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, sərnişindaşımada qiymətlər dövlət tərəfindən tənzimlənir: “Pandemiya dönəmində də bir sıra daşıyıcı şirkətlər dövlət …
Read More »Azad olunmuş bütün şəhərlərdə açıq səmada işğal muzeyləri yaradılacaq
“Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin …
Read More »Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda müşavirə keçirilib
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb. Prezident İlham Əliyev deyib: -Bu gün biz keçən ilin yekunlarını müzakirə edəcəyik, 2021-ci ildə görüləcək işlər haqqında danışacağıq. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. …
Read More »Vətən müharibəsi qazisinin intiharı ilə bağlı cinayət işi açıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ölkəmizin ərazi bötüvlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
