Cümə , 29 Mart 2024
Drone Cameras

Avtobuslarda gediş haqqı: 50 qəpik – 1 manat – DİZEL 80 QƏPİK…

“Qiymət artımına görə nəqliyyat vasitələrinə kompensasiyalar ediləcək. Həmin kompensasiyalar tətbiq edilənə qədər özəl daşıyıcı şirkətlər yeni qiymətlə yanacaq alıb, əvvəlki qiymətlə sərnişin daşımalı olacaq. Hazırda Bakı şəhərində bir sərnişinin daşınması 50 qəpiklə 1 manat arasındadır”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, sərnişindaşımada qiymətlər dövlət tərəfindən tənzimlənir:

“Pandemiya dönəmində də bir sıra daşıyıcı şirkətlər dövlət qayğısı hiss ediblər. Bunun qarşılığında isə onlar Qarabağ savaşı üçün öz nəqliyyat vasitələrini təqdim ediblər. Bugün cəbhə bölgəsindən qayıdan bir sıra nəqliyyat vasitələri var ki, istismara yararsızdır. Onlar bunu dövlətimiz və qələbəmiz üçün hədiyyə ediblər. Ümid edirəm ki, kompensasiyaların verilməsi qiymət artımının ilk günündən hesablanar və həmin özəl şirkətlərə yardımların, dəstəklərin edilməsi tez bir zamanda həllini tapar”. 

Check Also

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

 Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …