Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan …
Read More »Yearly Archives: 2021
Paşinyanın Türkiyə ilə bağlı açıqlaması hamını güldürdü
Azərbaycan qarşısında aldığı yenilgidən sonra Ermənistanda həm hakimiyyət, həm də müxalifət gülünc açıqlamaları ilə istehza obyektinə çevriliblər. Baş nazir Paşinyan da zaman-zaman belə açıqlamalarla diqqət mərkəzinə düşür. Müxalifət isə Paşinyanı İlham Əliyevin agenti adlandırmaqla və gizli razılaşma ilə Ermənistanı bütünlüklə Azərbaycana satmaqda ittiham etməklə gündəmə gəlir. Xəbər verdiyimiz kimi, 2021-ci ilin əvvəlindən başlayaraq Ermənistanda Türkiyə istehsalı olan malların idxalına qadağa …
Read More »Ebolanı kəşf edən alim dünyanı gözləyən yeni təhlükədən danışıb
Professor Jan-Jak Muembe-Tamfum, yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, professor bu barədə CNN-ə müsahibə verərkən söyləyib. Muembe-Tamfum 1976-cı ildə Ebola virusunu aşkar edən alimdir. Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur. O, eyni zamanda bildirib ki, bu gələcəkdə “böyük pandemiyaya” səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi …
Read More »Goranboyda karantin qaydalarını pozan 10 koronavirus xəstəsinə cinayət işi açılıb
Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarlı xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə etməklə bərabər, rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları …
Read More »Bakıda qadına bıçaq xəsarətləri yetirən Türkiyə vətəndaşına cinayət işi açılıb
Yanvarın 2-də, saat 3 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim …
Read More »Ankarada İŞİD-in partlayıcı vasitələr üzrə terrorçusu yaxalandı
İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb. Bu barədə Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir. Qeyd edilir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O, bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.
Read More »Havada koronavirusu aşkarlayan qurğu yaradıldı
Beynəlxalq elm adamları tərəfindən yaradılan sensorlu qurğu havanın keyfiyyətini analiz edərək koronavirusları otaqlarda, evlərdə, nəqliyyatda, dövlət müəssisələrində aşkar etməyə imkan verəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Valensiya “RUVID” Universitetləri Birliyi xəbər yayıb. Müəlliflər iddia edir ki, bu qurğu “PCR” testi olmadan COVID-19-u aşkar etməyə imkan verəcək. Sensor aparat sürətli, dəqiq analiz aparmaqla yanaşı, əhəmiyyətli dərəcədə ucuzdur və istifadəsi də asandır.
Read More »Moskvada atışma, 35 nəfər saxlanılıb
2021-ci ilin ilk günündə Rusiyanın paytaxtı Moskva şəhərində, Qolyanovo rayonunun Uralskaya küçəsində silahlı insident baş verib. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Hadisə yerinə gələn polis əməkdaşları təxminən 35 adamı saxlayaraq bölməyə aparıblar. Hazırda xəsarət alanlarla bağlı məlumat verilməyib. Polis hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparır.
Read More »Tovuzda minaatan mərmi aşkarlanıb
02 yanvar tarixində saat 13:07-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Əlibəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal …
Read More »Kanadada helikopter qəzası baş verib, ölənlər var
Kanadanın Alberta vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə Boyukmillet.com “CTV” kanalına istinadən məlumat yayıb. Helikopter Qrand-Preri şəhərindən təxminən 100 km şimal-şərqdə əkin sahəsinə düşüb. Qəza nəticəsində helikopterdə olanların hamısı hadisə yerində keçinib. Qəzanın səbəbləri müəyyənləşdirilir.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
