Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

İtkin düşən hərbçimizin nəşi tapıldı

Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb. Boyukmillet.com-un məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır. Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının …

Read More »

İlin ilk günündə 1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax yollarında quraşdırılmış xüsusi karantin postlarında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, 2021-ci il yanvarın 1-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən – Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Rober Osseynin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, başsağlığı mətnində deyilir: “Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk. Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq …

Read More »

ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görülüb

ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb. Xədicənin atası İmamverdi İbrahimov  müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb: “Həyat …

Read More »

Əliyev türklərin gəldiyi gün ruslara hansı mesajı verdi?

10 noyabrda üçtərəfli razılaşmadan sonra Qarabağda əsir götürülən ermənilər müharibə əsiri yox, terrorçulardır və dövlətə qarşı cinayətə görə məsuliyyətə cəlb olunacaq. Prezidentin Hulusi Akarı qəbul edərkən dediyi “Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar” sözlərinin açması budur. Hadrutda terror hücumu törədən erməni silahlıların bir qismi zərərsizləşdirildi, bir qismi əsir götürüldü: saylarının 170-ə yaxın olduğu, bir hissəsinin sülhməramlılara təhvil verildiyi haqda …

Read More »

Türk dilində təhsil yenidən gündəmdə: Layihə İran parlamentinə təqdim olundu

İranda türk dilinin orta və ali məktəblərdə tədris olunması məsələsi yenidən gündəmə gəlib. GAMOH-dan Cebhe.info-ya verilən məlumata görə, İran parlamentinin 29 azərbaycanlı deputatı bununa bağlı layihə hazırlayıb. Qeyd edək ki, İran konstitusiyasının 15 və 22-ci maddələrinə əsasən qeyri-fars dilləri orta və ali məktəblərdə tədris oluna bilər. Xatırladaq ki, Xalxaldan Seyid Qəni Nəzəri Xanqah, Təbrizdən Məhəmməd Hüseyin Fərhəngi, Əhər və Herisdən …

Read More »

2021-ci ildə insanlar zombiyə çevriləcək və … – Nostradamusdan PROQNOZ

Məşhur həkim və astroloq Mişel Nostradamusun kəhanətlərində 2021-ci ildə də dünyada böyük fəlakətlərin yaşanacağına işarə edilib. Boyukmillet.com  xəbər verir ki, Nostradamusun kəhanətlərindən 6-sını təqdim edir: 1. Rusiya bir bioloji silah hazırlayacaq. Bu silah da bir növ virus epidemiyası yaradacaq və insanları zombiyə çevirəcək. 2. 2021-ci ildə bütün dünyaya təsir edəcək böyük bir qıtlıq yaşanacaq. 3. Zəlzələ və epidemiyalar sürətlə artacaq. …

Read More »

Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür

“Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi”. Boyukmillet.com xəbər verir ki, bu sözləri bir əsgəri şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimov haqqında demişdi. Bu gün Milli Qəhrəmanın doğum günüdür. 1975-ci il, yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olan Polad Həşimov orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb. O, Heydər Əliyev …

Read More »

İraqda bir neçə hərbçi partlayış nəticəsində həlak olub, yaralananlar var

İraqda azı üç hərbi qulluqçu əldəqayırma partlayıcı qurğunun partladılmasının qurbanı olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib. Qeyd edilir ki, hadisə Kərkük əyalətinin cənubunda olub. Partlayış nəticəsində bir zabit və iki əsgər həlak olub. Hadisənin digər təfərrüatları açıqlanmır. Kərkük Polis Depatamentinin mətbuat katibi Amir Nuri isə bildirib ki, hadisə Dakuk rayonu ərazisində baş verib. Onun sözlərinə görə, İraq …

Read More »

Türkiyədə zəlzələ oldu

Türkiyənin İzmir vilayətində zəlzələ baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Read More »