Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Ermənilər müharibədə oğurladıqları külli miqdarda silah-sursatı təhvil veriblər

Ermənistanın Gorus icmasında, Sisian rayonunda yüzlərlə “Kalaşnikov” avtomatı, o cümlədən qumbaraatan, habelə xeyli sayda sursat polis əməkdaşlarına təhvil verilib. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Boyukmillet.com xəbər verir ki, silah-sursatlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun tabeliyində olub, lakin ayrı-ayrı şəxslər tərəfindən oğurlanıb. Silahlar Ermənistanın ayrı-ayrı rayonlarına Qarabağdan işğal dövründə gətirilib. Polis vətəndaşlara cinayət məsuliyyətindən yayınmaq üçün qanunsuz …

Read More »

Ərdoğan Türkiyənin Pakistana hər cür dəstək verəcəyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Şahbaz Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib. Seçki nəticələrinin dost və qardaş ölkənin xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələrinin bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, bütün çətinliklərə və …

Read More »

Ukraynada Rusiya qvardiyasının zabiti öldürülüb

Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb. Bildirilib ki, 291-ci motoatıcı qvardiya alayı Çeçenistanın Borza yaşayış məntəqəsində yerləşir. Qeyd olunub ki, D.Dibirov Suriyada Bəşşar Əsədə sadiq qüvvələr sırasında döyüşüb. Onun dinc sakinləri öldürdüyü bildirilir. BBC-nin məlumatın görə, aprelin 6-dək Ukraynada …

Read More »

Ukraynada müharibə başlayandan 186 uşaq ölüb

Ukraynada müharibə başlayandan 186 uşaq ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram kanalında məlumat yayılıb. Hərbi əməliyyatlar başlayandan indiyədək 344-dan çox uşaq xəsarət alıb. Ən çox qurbanlar Donetsk, Kiyev və Xarkov vilayətlərindədir.

Read More »

Azərbaycan idmançısının Rizin Qran-prisindəki rəqibi bəlli olub

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin Qran-prisində ikinci döyüşünü keçirəcək. Boyukmillet.com xəbər verir ki, onun rəqibi yaponiyalı Teyçi Nakadzima olacaq. Görüş aprelin 17-də baş tutacaq. 30 yaşlı idmançının sözügedən turnirdə debütü ABŞ təmsilçisi Kayl Aquonla duelə təsadüf edib. 2020-ci il fevralın 20-də baş tutmuş döyüşdə Kərəmov qələbə qazanıb.

Read More »

Pakistanın yeni Baş naziri Türkiyə ilə bağlı mövqeyini AÇIQLADI

Bu gün Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif bu vəzifədə ilk çıxışını edib. Boyukmillet.com xəbər verir ki, o, parlamentdə çıxışı zamanı ölkənin xarici siyasi əlaqələrindən danışıb. Şahbaz Şərif İmran Xan hökumətinin xarici siyasətini tənqid edib, Pakistanın strateji tərəfdaşları və dostlarının Kəşmir məsələsində səssiz qaldığını xatırladıb. Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqət çəkib. O, əvvəlki …

Read More »

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Read More »

Zelenski müharibənin yeni dalğasının başlayacağı barədə xəbərdarlıq edib

“İnsanlar öz doğma şəhərlərinə qayıtmalı, Rusiya qoşunları Ukraynanı tərk etməli, Ukrayna əraziləri onlardan azad edilməlidir”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CBS telekanalına müsahibəsində deyib. “Xalqım olmadan nəyinsə uğrunda mübarizə aparmağın heç bir mənası yoxdur. Mən başa düşürəm ki, düşmən Krımı tərk etməyəcək. Bilirəm ki, biz uzun müddət mübarizə aparacağıq. Bilirəm ki, ölkəmizin şərqində, …

Read More »

Azərbaycanda tikintidə bahalaşma 2022-ci ilin mart ayında – PİK HƏDDƏ ÇATACAQ 

Son vaxtlar daşınmaz əmlakda, xüsusilə tikinti sektorunda bahalaşma müşahidə olunur. Artıq yeni tikilən binaların (novostroykalardakı), təmir işlərinin orta statistik qiyməti əvvəlki ilə müqayisədə böyük rəqəm nisbətilə bahalaşıb. Bu bahalaşmasının müxtəlif səbəbləri var. Eləcə də bax: Bakıda ilkin mənzil bazarında qiymətlər – UCUZLAŞIB Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc FED.az-a bildirib ki, tikinti sektorunda …

Read More »

Türkiyə QHT-ləri Şuşa ili çərçivəsində Azərbaycana səfərə gələcəklər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında video formatda işçi görüş baş tutub. Görüşdə Agentlik və Nazirlik arasında imzalanan Anlaşma Memorandumunun bəndlərinin icrası, Türkiyə Daxili İşlər Nazirliyi və QHT-lərinin 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycana səfəri barədə müzakirələr aparılıb. May ayında səfərə gələcək heyət Şuşa, Ağdam və Xocavəndi ziyarət edəcəklər, eyni zamanda səfər …

Read More »