Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi. Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı, …
Read More »Yearly Archives: 2022
Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Bu gün Türkiyənin Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir. Dövlət başçıları tərəfindən həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün …
Read More »Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
“Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin …
Read More »XİN başçısı: “Ermənistandan öz hərbçilərini Qarabağdan çıxarmasını israrla tələb edirik”
“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub”. Boyukmillet.com “TRT Haber” istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. “Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, …
Read More »Prezident: “İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər”
“İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu hamımız üçün böyük qürüverici hadisədir”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib. “Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş …
Read More »Ceyhun Bayramov: “Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq”
“Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması …
Read More »Azərbaycan lideri: “Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır”
“Bu dəfə bu oyunlar Bakıdan sonra Konyada keçirilir. Qardaş ölkədə keçirilir”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib. “Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, Türkiyədə bu oyunların keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Biz çox şadıq ki, bu …
Read More »Prezident: “Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır”
“Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb, onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib. “Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda …
Read More »Hikmət Hacıyev: “Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb
“Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra Yaxın Şərqdən ermənilərin köçürülməsi yolu ilə qanunsuz məskunlaşma aparılıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb. “Əlyazmalar yanmaz!”, – o əlavə edib.https://platform.twitter.com/embed/Tweet.html?dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfdHdlZXRfZWRpdF9iYWNrZW5kIjp7ImJ1Y2tldCI6Im9mZiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfcmVmc3JjX3Nlc3Npb24iOnsiYnVja2V0Ijoib24iLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3R3ZWV0X3Jlc3VsdF9taWdyYXRpb25fMTM5NzkiOnsiYnVja2V0IjoidHdlZXRfcmVzdWx0IiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19zZW5zaXRpdmVfbWVkaWFfaW50ZXJzdGl0aWFsXzEzOTYzIjp7ImJ1Y2tldCI6ImludGVyc3RpdGlhbCIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2R1cGxpY2F0ZV9zY3JpYmVzX3RvX3NldHRpbmdzIjp7ImJ1Y2tldCI6Im9mZiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdHdlZXRfZWRpdF9mcm9udGVuZCI6eyJidWNrZXQiOiJvZmYiLCJ2ZXJzaW9uIjpudWxsfX0%3D&frame=false&hideCard=false&hideThread=false&id=1556959952731791362&lang=en&origin=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fhikmet-haciyev-lacinin-zabux-kendi-ile-bagli-paylasim-edib%2F&sessionId=e66263d7d8b9e14cb2e5e80bb6f81ba1116a5772&theme=light&widgetsVersion=b7df0f50e1ec1%3A1659558317797&width=550px The Times …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar