Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil …
Read More »Yearly Archives: 2022
Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib
Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib. Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, aktyor 84 yaşında dünyasını dəyişib.
Read More »Paşinyan Rusiyaya ultimatum verdi: “Lavrovun bəyanatına aydınlıq gətirin”
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bundan əvvəl Bakıda keçirilən birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, o, Azərbaycan tərəfi ilə ATƏT-in Minsk Qrupunun işini müzakirə etməyib, çünki bu qurum “Amerika …
Read More »Ərdoğan elan etdi – Yeni neft yatağı kəşf olundu
Adanada neft axtarışı işləri apararaq qazdığımız iki quyuda yüksəkkeyfiyyətli neft aşkarlamışıq. Yataqdakı ehtiyat təxminən bir milyard dollar qiymətləndirilib. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra açıqlamasında bildirib. Gündəlikdə duran digər məsələlər barədə danışan dövlət başçısı, inflyasiyaya qarşı tədbirlər, əməkhaqqının artırılması, terrorçuluqla mübarizə məsələsinə toxunaraq bildirib ki, NATO dövlət başçılarının İspaniyada keçiriləcək zirvə görüşündə PKK/YPG, …
Read More »NATO baş katibi: “Türkiyə, İsveç, Finlandiya arasında razılaşmaya çalışırıq”
“Türkiyə, İsveç, Finlandiya arasında anlaşma üçün çalışırıq” Stoltenberq rəsmi Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün İsveç, Finlandiya və Türkiyə arasında razılaşma üçün səyləri artırdığını və alyansın Madrid sammitində danışıqları bu çərçivədə davam etdirəcəyini bildirib. NATO baş katibi son bir neçə həftədə İsveçin Baş naziri Maqdalena Andersonla tez-tez təmasda olduğunu, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da telefonla danışdığını bildirib. Baş …
Read More »Ukraynanın birinci xanımı: “İndi onlara həyatın mənasını necə sübut etmək olar?”
“Ukraynada uşaqlar hər şeylərini itirdilər, zirzəmilərdə bombalar altında, yaralı və ya ölən yaxınlarının yanında qaldılar. İndi onlara həyatın mənalı olduğunu necə sübut etmək olar?”. Boyukmillet.com xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib. Birinci xanımı ukraynalı uşaqlarda sülhə və həyata inamın bərpasının vacibliyini qeyd edib. “Dünyada onlar üçün yaxşı nə qalıb? …
Read More »BMT TŞ bu gün Ukrayna ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası iyunun 28-də Ukrayna ilə bağlı iclas keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə dünya təşkilatının bazar ertəsi yayılan proqramında deyilir. Toplantının mövzusu Ukraynada sülhün və təhlükəsizliyin qorunması olacaq.
Read More »İordaniyada qazsızma nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib
İordaniyanın Akaba limanında zəhərli qaz sızması nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al-Mamlaka” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. “Akaba limanında zəhərli qazla dolu çənin daşınma zamanı aşması nəticəsində bədbəxt hadisə baş verib. Bu, qaz sızmasına səbəb oldu”, – İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Amer əs-Sartavi deyib. Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi …
Read More »Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə Kastamonu rayonunda qeydə alınıb. Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə avtobus tarlaya yuvarlanıb. Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsüdür. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub. …
Read More »Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”
“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. “Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, – dövlət başçısı deyib. “Mən bu gün də (dünən-red) G7 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar