Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Boyukmillet.com xəbər verir ki, səfərin ilk günündə (aprelin 14-də) Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi, Batumi Dəniz Limanı, Batumi Dövlət Dəniz Akademiyası və Gürcüstanda fəaliyyətinə razılıq verilmiş bir sıra təsnifat cəmiyyətlərində görüşlər keçirilib. Danışıqlar zamanı iki ölkə …

Read More »

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Ağdamda Qarabağ Atçılıq Zavodu tikiləcək

Yaxın 2-3 ay ərzində Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ atlarının satışı ilə bağlı keçirilən hərracda məlumat verilib. Məlumata görə, artıq tikinti ilə bağlı hazırlıq işləri görülür. Zavod fəaliyyətə başlayandan sonra burada cins atlar yetişdiriləcək.

Read More »

“Azəristiliktəchizat” Şuşada yeni qazanxana tikir

Hazırda Şuşa şəhərində “Azəristiliktəchizat” ASC-nin yeni qazanxanasının tikintisi aparılır.Boyukmillet.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.“Qısa müddət ərzində qazanxananın inşasını başa çatdırmağı düşünürük. Azad edilən digər ərazilərdə də istilik təchizatı sistemlərinin qurulması ilə bağlı layihələrimiz var”, – İ. Mirzəliyev qeyd edib. Onun sözlərinə görə, Energetika nazirliyi, Arxitektura və Şəhərsalma Komitəsi və ölkə başçısının …

Read More »

“Azəristiliktəchizat”: “Məcburi köçkünlər bizə 6 milyon manat borcludur”

Məcburi köçkün statusuna malik əhali kateqoriyasının “Azəristiliktəchizat” ASC-yə 6,384 milyon manat borcu var. Boyukmillet.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Bundan başqa, onun sözlərinə görə, “Azəristiliktəchizat” özü də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə təxminən 14 milyon manat borcludur.

Read More »

Azərbaycan-Ermənistan parlamentlərarası komissiyasının yaradılması təklif edilib

Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib. “Ermənistan cəmiyyətinə təşəbbüsləri biz verməliyik. Biz Ermənistan cəmiyyəti ilə çalışmalıyıq. Ermənistan rəhbərliyi tərəfindən atılan etiraf addımları bizi buna vadar edir”, – o vurğulayıb. Onun sözlərinə görə, artıq Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi …

Read More »

Cavanşir Feyziyev parlamentdə qrup rəhbəri vəzifəsindən azad olunub

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə …

Read More »

Qarabağ atları ilk dəfə hərrac yolu ilə satışa çıxarılıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə Qarabağın cins atları hərrac yolu ilə satışa çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hərrac iştirakçılarına 3 Qarabağ atı – Sahil, Zilaxar və Sultan təklif edilir. Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və …

Read More »