Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“Coca-Cola” və “Pepsi” Rusiyada içkilərin satışını dayandırır

Amerikanın alkoqolsuz içkilər istehsalçısı “The Coca-Cola Company” şirkəti Rusiyadakı fəaliyyətini dayandıracaq. “Boyukmillet.com”un məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamada deyilir. “Starbucks” qəhvə evləri şəbəkəsi də Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya ərazisində fəaliyyətini dayandırır. Bu barədə şirkətin baş direktoru Kevin Consonun şirkətin saytında dərc olunmuş bəyanatında deyilir. “PepsiCo” da Rusiyada içkilərin satışını dayandırır, lakin uşaq qidası da daxil …

Read More »

“The New York Times”ın jurnalistləri Rusiyanı tərk edəcəklər

Amerikanın “The New York Times” qəzeti Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlərin yayılması ilə bağlı yeni qanunla əlaqədar jurnalistlərini Rusiyadan müvəqqəti çıxarmaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə baş redaktorun müavini Klifford Levi bildirib. “Redaksiyamızı qorumaq üçün hələlik onları ölkədən çıxarırıq. Ümid edirik ki, onları mümkün qədər tez geri qaytaracağıq və vəziyyəti yaxından izləyirik”, – “The New York …

Read More »

Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir

ABŞ və daha 36 ölkə Rusiya və Belarusun beynəlxalq yarışlara ev sahibliyi hüququndan məhrum edilməsi də daxil olmaqla, yüksək performanslı idman növləri üzrə Moskva və Minskə qarşı tədbir görülməsinə çağırıb. Boyukmillet.com xəbər verir ki, müvafiq bəyanat Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılıb. Bu sənədə əsasən, hazırkı təşəbbüsün iştirakçıları Rusiya və Belarusa beynəlxalq idman tədbirlərinin keçirilməsinə icazə verilməməsini müdafiə edirlər. Bildirilib …

Read More »

Serbiya martın 10-dan un, qarğıdalı və bitki yağı ixracını dayandıracaq

Martın 10-dan Serbiya hökuməti buğda unu, qarğıdalı və bitki yağının ixracını qadağan edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. Serbiya lideri qeyd edib ki, ölkədən un və digər ərzaq məhsulları son dərəcə yüksək templə ixrac olunur: “Böhranın dərinləşdiyi şəraitdə ölkə əhalisini qorumaq üçün bir sıra məhsulların ixracının məhdudlaşdırılması qərara alınıb. Cümə axşamından buğda unu, qarğıdalı, bitki …

Read More »

Fransanın qaz ehtiyatları 20%-dən aşağı düşüb

Fransanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi bir gün əvvəl 20%-dən aşağı düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu məlumat yayıb. Martın 7-də Fransanın yeraltı anbarlarından qazın götürülməsi təxminən 82 milyon kubmetr təşkil edib. Beləliklə, Fransanın qaz anbarlarının doldurulması 19,66% təşkil edir. Yeraltı qaz anbarların ən aşağı doluluq nisbətləri Avstriya (15,08%), Xorvatiya (16,38%) və Belçikada (17,33%) müşahidə olunur. …

Read More »

Avropa İttifaqının qeyri-rəsmi sammitinin gündəliyi açıqlanıb

Avropa İttifaqının (Aİ) martın 10-11-də keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitinin iştirakçıları Ukraynadakı vəziyyəti, təşkilatın müdafiə və iqtisadiyyatının gücləndirilməsi, eləcə də Rusiyadan enerji resurslarından asılılığın azaldılması məsələlərini nəzərdən keçirəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişelin dərc olunmuş məktubunda deyilir. Eyni zamanda, dərc olunan gündəmdə Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulu məsələsi qeyd olunmur. “Avropa İttifaqı və onun üzv ölkələri Ukraynaya …

Read More »

İspaniyanın baş prokuroru Rusiya ilə bağlı istintaq başladıb

İspaniyanın baş prokuroru Dolores Delqado Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı ilkin araşdırmalara başlamaq qərarına gəlib. Bu barədə Boyukmillet.com “Report”a istinadən xəbər verir. Qeyd olunub ki, İspaniyanın baş prokuroru Dolores Delqado bu gün Rusiya Federasiyası silahlı qüvvələrinin Ukraynaya müdaxiləsi ilə bağlı ibtidai istintaq hərəkətlərinin başlanması və onların Milli Məhkəmə Kollegiyasının Baş Prokurorluğunun Baş prokuroru Xesus Alonsoya həvalə edilməsi haqqında fərman …

Read More »

Makronun Fransadakı reytinqi Ukrayna hadisələri fonunda 33%-ə yüksəlib

Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi həftə ərzində 8,5 faiz artaraq 33,5%-ə çatıb. “Boyukmillet.com” xəbər verir ki, bunu “Elabe” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusu sübut edir. Makronun birinci turda ən yaxın rəqibi və ikinci tura namizəd, radikal sol yönlü Milli Birlik Partiyasından Marin Le Pendir – sorğu iştirakçılarının 15%-i ona səs verməyə hazırdır. Amma əgər Le Pen bir həftə ərzində …

Read More »

Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır

Bu gün Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq. “Boyukmillet.com”un məlumatına görə, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınayacaq. O, ölkəni qış paralimpiadasında təmsil edən ilk azərbaycanlı kimi tarixə düşəcək. Ramazanzadə Bakı vaxtı ilə saat 06:00-da başlayacaq yarışa sonuncu – 38-ci sırada çıxacaq. Lakin mübarizənin startınadək sıralama dəyişə bilər. …

Read More »

Rusiya Müdafiə Nazirliyi: “Sükut rejimi tətbiq edilib və humanitar dəhlizlər açılıb”

Rusiya tərəfi Bakı vaxtı ilə saat 11:00-dan etibarən sükut rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. “Mülki əhalinin yaşayış məntəqələrindən təhlükəsiz şəkildə təxliyəsi üçün bu gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi tətbiq edilir və Kiyev, …

Read More »