Hərbi Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir. “Daxil olan sözügedən məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə …
Read More »Yearly Archives: 2022
NATO Baş katibi: “Rusiya ilə müharibə istəmirik”
“Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı hadisələr göstərir ki, müharibə tez bir zamanda başa çatdırılmalıdır”. Boyukmillet.com “HaberGlobal”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib. “NATO Ukraynadakı müharibədə tərəfsizdir. Biz Rusiya ilə müharibə aparmaq istəmirik”, – o bildirib. ABŞ dövlət katibi Entoni Blinken isə söyləyib ki, NATO müdafiə məqsədli qurumdur, amma onlar müharibəyə də hazırdırlar. Qeyd edək …
Read More »Milli Məclis Azərbaycanda iki rayonun ləğv edilməsinə razılıq verib
Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər …
Read More »İcra hakimiyyətinin baş mühasibi Vilyam Hacıyevə verdiyi pulların məbləğini açıqlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Cəmil Musayev bildirib ki, 2003-cü ildən indiyədək İmişli RİH-də müxtəlif vəzifələrdə işləyir. O deyib ki, V.Hacıyev İmişli RİH-in başçısı işləyən zaman ora …
Read More »Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu veriləcək
Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alacaq. Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət …
Read More »Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək
“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”. Bunu açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib. O bildirib ki, bu rəqəmlər arta bilər: “Çünki Xarkovda vəziyyət daha da gərginləşib. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana …
Read More »Səlim Müslümovun həbs müddəti yenidən uzadılıb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti yenidən uzadılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan edilib. Qərara əsasən, sabiq nazirin həbs müddəti daha 5 ay artırılıb. Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və …
Read More »Fransa Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir
Fransa hakimiyyəti anti-Rusiya sanksiyalarını sərtləşdirməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun administrasiyasına istinadən “Politico” qəzeti yazıb. Yelisey sarayının sözçüsü Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra deyib: “Bu gün biz açıq şəkildə anladıq ki, sanksiyaları sərtləşdirməliyik”. O, həmçinin qeyd edib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və saat yarım davam …
Read More »Ukraynadan olan qaçqınlar Avropada üç ilə qədər qala biləcəklər
Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqında yaşamaq və işləmək hüququ əldə edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bir həftə əvvəl Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib. Belə ki, onların yarıdan çoxu (454 min nəfər …
Read More »Bakıda 27 yaşlı gənci avtomobil vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Boyukmillet.com”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Qala qəsəbəsində yolu keçən 1995-ci il təvəllüdlü Hadıyev Seymur Mirkamil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar