Martın 2-də Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərgisi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, dənizkənarı bulvarda təşkil ediləcək sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva iştirak edəcək. Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb.
Read More »Yearly Archives: 2022
Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək
Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib. “Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik”, – o deyib. Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar – Red) dəyərində silahlar tədarük …
Read More »Bu il Zəngilanda “Smart DOST” xidmət məntəqəsi fəaliyyətə başlayacaq
İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq: “Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi …
Read More »Britaniya Rusiyanı İnterpoldan çıxarmağa çalışır
Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın İnterpoldan çıxarılmasına çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən daxili işlər naziri Priti Patel bildirib. “Ukrayna hökuməti bu gün Rusiya hökumətinin İnterpola üzvlüyünün dayandırılmasını tələb edib. Biz buna nail olmaq üçün beynəlxalq səylərə rəhbərlik edəcəyik”, – nazir deyib.
Read More »Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib
Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında onları yaxınları və qohumları qarşılayıb. Qeyd edək ki, Rumıniya ilə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ …
Read More »“Şuşa ili” ilə bağlı tədbirlər planının detalları açıqlanıb
“Şuşa ili” ilə bağlı tədbirlər planının detalları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O qeyd edib ki, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, …
Read More »Kanada Rusiyadan neft idxalını qadağan etməyi planlaşdırır
Kanadanın baş naziri Castin Tryudo bəyan edib ki, ölkəsi Rusiyadan xam neft idxalını qadağan etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanadanın baş naziri mətbuat konfransında deyib “Bu gün biz həmçinin Rusiyadan bütün xam neft idxalına qadağa qoymağı planlaşdırdığımızı elan edirik” – deyə o qeyd edib.
Read More »Türkiyə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmiləri buraxmayacaq
“Türkiyə bütün sahilyanı və sahilyanı olmayan ölkələrə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmilərin keçməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. “Biz Montrö Konvensiyasında nəzərdə tutulan müddəaları yerinə yetirmişik və yerinə yetirməkdə davam edəcəyik. Bu günə qədər hərbi gəmilərin keçidi ilə bağlı bir dənə də olsun müraciət almamışıq. …
Read More »KKTC-nin yeni XİN rəhbəri vəzifəsini keçmiş həmkarından təhvil aldı
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici işlər naziri vəzifəsinə təyin olunan Həsən Taçoy mərasimlə xarici işlər naziri vəzifəsini Tahsin Ərtoğruloğlundan təhvil alıb. Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən təhvil-təslim mərasimində çıxış edən Ərtoğruloğlu Taçoya vəzifəsində uğurlar arzulayıb və Taçoyun nazirliyin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inandığını bildirib. İllərdir Xarici İşlər Nazirliyində çalışan məmurların çox uğurlu bir komanda olduğunu bildirən …
Read More »Ukrayna DİN: “Xarkov “Qrad” atəşinə tutulub, onlarla ölən var”
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib. Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var. “Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar