Türkiyənin “Qoruyucu ailə sistemi” Azərbaycanda da tətbiq olunacaq. Bu barədə “Boyukmillet.com” Türkiyə mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Türkiyədə qoruyucu ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı ötən ildən başlanmış işlər çərçivəsində bu ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən azərbaycanlı mütəxəssislərə təlim keçirilib. Nazirlikdən verilən məlumata görə, Azərbaycanın müraciəti əsasında Türkiyədə qoruyucu ailə xidməti modelinin ölkəmizdə də tətbiqi istiqamətində əməkdaşlıq davam …
Read More »Yearly Archives: 2022
Türkiyədə terror aktında xəsarət alanların son durumu açıqlanıb
Türkiyənin İstanbul şəhərində ötən gün törədilmiş terror aktında xəsarət alanların son durumu açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb. “İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır. Yaralıların ən qısa zamanda sağalması …
Read More »Qarabağa qanunsuz girən iranlı hərbçilər ermənilərin yenidən təşkilatlanmasına imkan yaradıblar
Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinə qanunsuz girən iranlı hərbçilərin ermənilərin yenidən təşkilatlanmasına imkan yaratması üzə çıxıb. Boyukmillet.com bununla bağlı yeni videogörüntülər əldə edib. Belə ki, torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlılar olub. İranlı hərbçilərin ordumuzun irəliləməsini ləngitmək və ermənilərin yenidən qruplaşmasına imkan vermək üçün ərazilərə daxil olduğu barədə məlumatlar var.
Read More »Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb
2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb. Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan” şüarları ilə dəstək olurlar. Qeyd edək ki, …
Read More »Ərdoğan: “İstiqlal küçəsindəki hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”
“Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir”, – Ərdoğan qeyd edib. O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən …
Read More »Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, …
Read More »Ceyhun Bayramov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığında Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü …
Read More »İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan …
Read More »Bayden Cənubi Koreya və Yaponiya liderləri ilə Ukraynaya yardımın genişləndirilməsini müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Baş naziri Fumio Kişida və cənubi koreyalı həmkarı Yun Seok-Yeol ilə Ukraynaya koordinasiyalı dəstəyin genişləndirilməsi məsələsini müzakirə edib. Ağ Ev rəhbəri, həmçinin qeyd edib ki, Seul və Tokio Pxenyanın raket buraxılışları ilə bağlı Vaşinqtonun narahatlığını bölüşən kritik müttəfiqlərdir. Fumio Kişida isə bildirib ki, ölkəsi ABŞ və Cənubi Koreya ilə münasibətləri daha da gücləndirmək istəyir.
Read More »İranda neft zavodunda yanğın baş verib
İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib. Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib. Mümkün ölənlər barədə hələlik məlumat verilmir. Ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar