Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı məktubu göndərib.

Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …