Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır

“Finlandiya milli təhlükəsizliyi ilə bağlı sual yaranarsa, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin parlamentin iclasında bildirib. “Finlandiya milli təhlükəsizlik məsələsi kəskinləşərsə, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”, – YLE teleradio yayım korporasiyası Marindən sitat gətirib”, – baş nazir bildirib. Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö bəyan edib ki, NATO-ya daxil olması …

Read More »

Çexiyada pandemiya ilə bağl bəzi məhdudiyyətlər aradan qaldırılacaq

Çexiya hökuməti martın 1-dən ölkədə kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Vlastimil Valek bildirib. Qərara səbəb koronavirusa yoluxanların sayında qeydə alınan azalmalardır. Məhdudiyyətlərin aradan qaldırılmasının növbəti mərhələsi martın 13-nə təyin edilib. Valekin sözlərinə görə, bu tarixdən tibbi maska ​​taxmaq məcburiyyəti yalnız ictimai nəqliyyatda, klinika və xəstəxanalarda, eləcə …

Read More »

ABŞ NATO-nun şərq cinahına əlavə hərbçi və “F-35”lər göndərir

Amerika Birləşmiş Ştatları İtaliyadan Baltikyanı ölkələrə 800-ə qədər hərbçi, eləcə də Almaniyadan NATO-nun şərq cinahına səkkiz “F-35” qırıcısı yerləşdirəcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Pentaqona Avropadakı qüvvələrin bir hissəsinin yerini dəyişməklə bağlı tapşırıq verib: “Onların arasında İtaliyadan Baltik regionuna yerləşdiriləcək təxminən 800 nəfərlik piyada batalyonunun xüsusi təyinatlı …

Read More »

Ukrayna Mariupolun təhlükəsizliyini gücləndirir

Ukrayna hakimiyyəti Donetsk vilayətinin Mariupol şəhərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəsmi saytında rayon və şəhər, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən müşavirədən sonra məlumat verilib. “İclas iştirakçıları müxtəlif situasiyalarda fəaliyyət planlarını, tibb müəssisələrinin işinin təşkilini, Luqansk və Donetsk vilayətlərinin hərbi-mülki administrasiyalarının, təhlükəsizliyi gücləndiriləcək Mariupolun yerli hakimiyyət orqanlarının hərəkətlərini ətraflı müzakirə …

Read More »

Ukraynada fövqəladə vəziyyət elan edilib

Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fərmanı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, müvafiq qərarın lehinə 335 deputat səs verib. Artıq 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir. Fövqəladə vəziyyət elan edilən ərazilərdə aşağıdakı tədbirlər görüləcək: xüsusi …

Read More »

Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin Brüsseldə görüşü başladı — FOTOLAR

Bu gün Azərbaycandan olan tanınmış vətəndaş cəmiyyətinin nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, səfərdə ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli iştirak edirlər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan …

Read More »

Xarkovda Odlar Yurdu məktəbində tədbir keçirilib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) nümayəndə heyyəti Ukraynada səfərdədir. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Xocalı soyqırımının 30-cu il dönümü münasibəti ilə tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri Ukraynada Xarkov şəhərində fəaliyyət göstərən Odlar Yurdu məktəbində baş tutub. Məktəbdə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş Xocalı saatı keçirilib. Qeyd edək ki, Odlar Yurdu məktəbi 22 ildir Ukraynada fəaliyyət …

Read More »

“Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Günel Səfərova və aidiyyati QHT rəhbərləri iştirak ediblər. Görüşün məqsədi gender zəmnində zorakılıqla bağlı baş verən hadisələr, qadın və uşaqlara yönəlmiş şiddət halları mövzusunda QHT-lərin müzakirəsi olub. Aygün Əliyeva bildirib ki, …

Read More »

Azərbaycanın Türkiyədəki səfiri Xocalı abidəsini ziyarət edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Dənizlidə Azərbaycan-Qarabağ parkını və Xocalı soyqırımı abidəsini ziyarət edib. Rəşad Məmmədov Dənizli əhalisinin Azərbaycana sevgisindən məmnunluğunu ifadə edib: “Türk millətinin can qardaşı olan Azərbaycan xalqı Xocalı və Qarabağla bağlı məsələlərə çox həssas yanaşır. Türkiyə və Dənizlidəki bu münasibət bir millət olan iki dövlətin xalqı arasında sevgi və hörmətin artdığına səbəb olur. Bu abidələri nifrəti artırmaq …

Read More »

İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (WEF) prezidenti Borge Brende ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir bildirib. “Görüşdə uzunmüddətli səmərəli əməkdaşlığımız, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində görülən işlər və IV Sənaye İnqilabının yaratdığı imkanlardan bəhs etdik”, – deyə o qeyd edib.

Read More »