Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə xarici işlər nazirinin müavini bu gün Rusiyaya səfər edəcək

Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı bu gün Rusiyaya səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) rusiyalı həmkarlarla məsləhətləşmələr aparmaqdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara dəniz regionunun və Cənubi Balkanların 12 dövlətinin regional iqtisadi birliyidir. QDİƏT üzvləri Rusiya, …

Read More »

Zelenski ilə Makron arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında bildirib. O, qeyd edib ki, Fransa rəhbəri ilə təhlükəsizlik çağırışlarını və “Normand format”ı çərçivəsində sülh prosesini müzakirə edib. Telefon danışığında ikitərəfli münasibətlər, Ukraynanın maliyyə və iqtisadi sabitliyi ilə bağlı məsələlər də diqqət mərkəzində olub. 

Read More »

Türkiyə ordusu Suriyada 43 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son 2 gündə Suriyanın şimalında 43 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat “Barış Pinarı” və “Fərat Qalxanı” zonalarında aparılıb. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin bölmələri  Əl-Bab bölgəsində terrorçular tərəfindən 9 dinc sakinin öldürülməsinə cavab olaraq əməliyyat təşkil edib. Türkiyə bölgədə sabitliyi pozmağa çalışan PKK/YPG ilə qətiyyətlə mübarizəni davam etdirəcək.

Read More »

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib. Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılıb, komissiya tərəfindən yüksək qiymətləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib. Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib. Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin …

Read More »

İctimai iştirakçılıqla bağlı məsələlərə yenidən baxılmalıdır- MÜSAHİBƏ

Samir Adıgözəlli: “Bəziləri üçün İctimai Şuraya  üzv olmaq ayrıca bir status, imkan kimi başa düşülür” Artıq xeyli müddətdir ki, Azərbaycanda müxtəlif nazirlik və komitələrdə İctimai Şuraların yaradılmasına start verilib. Bu günə qədər əksər dövlət qurumlarında, eləcə də yerli icra hakimiyyətlərində həmin şuralar yaradılaraq fəaliyyətə başlayıb. Ancaq maraqlısı odur ki, bir sıra İctimai Şuraların fəaliyyəti gözə çarpmır və ortada real iş …

Read More »

QHT Agentliyində Fatma Səttarova ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” …

Read More »

İSBAM İdarə Heyətinin üzvüləri UQTMŞ-nın “Şərəf” ordeni ilə təltif olundular

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, 2 fevral tarixdə İSBAM Sədrinin müavini Natiq Bədəlovu və İSBAM İcraçı direktoru Şahin Həsənovu “Şərəf” ordeni ilə təltif edib. Bu barədə “Boyukmillet.com“-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda deyilir: 2 fevral 2022-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, bir sıra şəxslərin Ukrayna Qarapapaq …

Read More »

Maliyyə Nazirliyi: “Rəqabət Məcəlləsi ilə bağlı sənəd hazırda nazirlikdə icraatda mövcud deyil”

“İnhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini özündə ehtiva edən Rəqabət Məcəlləsinin qəbul olunmasını Maliyyə Nazirliyi də digər dövlət orqanları kimi olduqca vacib hesab edir”. Bu sözləri Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib. Nazirlik rəsmisi qeyd edib ki, ötən ilin avqust …

Read More »

NATO-nun Baş katibi Rusiyaya xəbərdarlıq edib

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o, Rusiyanı geri çəkilməyə çağırıb. “NATO “Soyuq müharibə”dən bəri Rusiyanın Belarusda ən böyük hərbi kontingentinin olduğunu müşahidə edir. Hazırda 30 min əsgər, xüsusi təyinatlı qüvvələr, S-35 təyyarələri, “İsgəndər” raketi və S-400 Belarusa yerləşdirilib. Son günlərdə Belarusa gedən əsgərlərin sayında ciddi artım var. Biz Rusiyanı …

Read More »

Samir Adıgözəlli: “Beynəlxalq güclər də çalışmalıdır ki, Ermənistanı bizim zəruri və obyektiv olan xarici siyasət kursuna uyğunlaşması üçün təzyiqlər göstərsinlər”

Azərbaycan öz xarici siyasətində təhlükəsizliyə əsaslanan konsepsiyadan iqtisadiyyata əsaslanan konsepsiyaya keçir. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib. H.Hacıyev bildirib ki, Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən əsas təhlükəsizlik problemini həll edib: “Azərbaycan bu problemi həll etdikdən sonra hazırda bütün …

Read More »