Ailəsi və yaxınları onun durumundan narahatdırlar Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan “Facebook” səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. …
Read More »Monthly Archives: İyul 2025
Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb
Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb. Boyukmillet.com-un məlumatına görə, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib. Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Buna əsasən, Tufanyana əlavə cəza – 5 il müddətinə …
Read More »Hüquq müdafiəçisi haqqında şikayət icraata götürülüb
Vəkillər Kollegiyasının üzvü onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Bu barədə İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” hesabında məlumat yayılıb. İyulun 7-də Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Elvin Əliyevin şikayəti əsasında …
Read More »Ukrayna Rusiyanın kimyəvi silahdan mümkün istifadəsinin araşdırılması üçün KSQT-yə müraciət edib
Ukrayna Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata (KSQT) Rusiyanın döyüş əməliyyatları zamanı kimyəvi silahdan mümkün istifadəsi faktlarının araşdırılması üçün rəsmi sorğu ilə müraciət edib. Boyukmillet.com “Al Arabia”ya istinadən xəbər verir ki, müraciətə səbəb Niderland və Almaniya kəşfiyyatının Rusiyanın cəbhə xətti boyunca qadağan olunmuş sursatlardan geniş istifadəsi barədə məlumatları olub. Niderland Hərbi Kəşfiyyatının məlumatına görə, bəzi ukraynalı hərbçilərin ölümü kimyəvi maddələrin …
Read More »Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda deyilir. Bildirilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb. Fərdi minik avtomobilləri ilə səfər zamanı bir …
Read More »Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması iddiası ilə bağlı məhkəmə işi sentyabrın 11-nə təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Əkrəm İmamoğlu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamə qəbul edilib. İstanbul Məhkəməsi məhkəmə prosesinin sentyabrın 11-də keçirilməsinə qərar verib. Qeyd edək ki, prokuror keçmiş bələdiyyə …
Read More »Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini son oxunuşda təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, …
Read More »Ermənistanda parlamentdə deputatlara hücum ediblər
Ermənistan parlamentində müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Artur Sarqsyanın çıxışından sonra dava olub. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Kristine Vardanyan canlı efirdə deyib. Hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Vaqe Qalumyan A.Sarqsyanın çıxışından sonra ona hücum etməyə cəhd göstərib. A.Sarqsyan parlamentin iclas zalını tərk etdikdən sonra hakim partiyadan olan deputatların köməkçiləri zala daxil olaraq deputatlara hücum …
Read More »Paşinyan kilsənin azad edilməsi hərəkatına şəxsən rəhbərlik etmək niyyətində olduğunu bəyan edib
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Eçmiadzin Kilsəsi (II Qaregin) antixristian, əxlaqsız, antimilli və antidövlət qrupu tərəfindən ələ keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkələrdə yazıb. N.Paşinyanın sözlərinə görə, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir.
Read More »Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər
Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Sənəddə qeyd olunub ki, xarici vətəndaşlar təkcə fövqəladə və ya hərbi vəziyyət və silahlı münaqişələr şəraitində deyil, həm də səfərbərlik dövründə xidmət edə biləcəklər. Ötən gün V.Putin Rusiya vətəndaşlığı olmayan şəxslərə ölkənin Silahlı Qüvvələrində müqavilə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
