Şənbə , 13 Dekabr 2025

Monthly Archives: İyul 2025

“Yada düşdü” jurnalına Aydın Quliyevin YUBİLEY MÜSAHİBƏSİ…

1960-cı il 18 iyulda Naxçıvan MR Babək rayonun Cəhri kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-1989-cu illərdə Azərbaycan Dövlət Elm və Texnika Komitəsi yanında Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun Naxçıvan Elmi-Texniki İnformasiya Mərkəzində baş elmi redaktor işləyib. Azərbaycan Milli Azadlıq hərəkatının Naxçıvan MR-də ilk fəallarından olub. Naxçıvanın erməni təcavüzkarlarından könüllü müdafiə dəstələrinin …

Read More »

DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Read More »

Azərbaycan tərəfi Yekaterinburqda ölən azərbaycanlı qardaşların ekspertiza rəyini açıqlayıb

“Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi uyğun gəlmir” İyunun 27-də Yekaterinburqda bir neçə ünvan üzrə aparılan polis əməliyyatı nəticəsində həyatını itirən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların meyitlərinin Azərbaycanda təkrar keçirilmiş ekspertiza rəyi açıqlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyulun 1-də keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycandakı ekspertiza rəyi ilə …

Read More »

Fransanın Baş Qərargah rəisi Rusiyanın Ukraynada strateji qələbəsinin qarşısını almağa çağırıb

Fransa Milli Assambleyasında bu yaxınlarda keçirilən dinləmələr zamanı Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Tyerri Burkhar Ukraynadakı münaqişənin gedişatını dəyişdirməyə və Rusiyanın strateji qələbəsinin qarşısını almağa çağırıb. Bu barədə Boyukmillet.com “Le Figaro” qəzetinə istinadən xəbər verir. O qeyd edib ki, təmas xəttindəki çətin vəziyyətə baxmayaraq, Rusiya qoşunları Ukrayna ordusundan dəqiqə artıq dayana bilir: “Biz nəzərdə tutduğumuz nəticələrlə strateji məğlubiyyətin Rusiyanın …

Read More »

Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin bununla əlaqədar bəzi fərmanlarda və sərəncamda dəyişiklik edilməsi haqqında Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə …

Read More »

Hakerlər Trampın yaxın çevrəsindən oğurlanmış elektron məktubları dərc etməklə hədələyiblər

İranla əlaqəsi olduğu iddia edilən hakerlər Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ prezidenti Donald Trampın vəkili Lindsi Halliqanın oğurlanmış elektron məktublarını yaymaqla hədələyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. “İranla əlaqəsi olan hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış daha çox elektron məktubları yaymaqla hədələyiblər. Hakerlər bildiriblər ki, Ağ Ev aparatının rəhbəri Syuzan …

Read More »

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır. Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir. – qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; …

Read More »

Ekvadorda dövlət vəsaitini mənimsəyən keçmiş vitse-prezidentə hökm oxunub

Ekvadorda məhkəmə keçmiş vitse-prezident Xorxe Qlas və yenidənqurma komitəsinin keçmiş katibi Karlos Bermudes barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. İstintaq müəyyən edib ki, məmurlar zərər çəkmiş Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulmuş büdcə vəsaitlərindən sui-istifadə ediblər. Vəsaitlər fəlakətin nəticələrinə aidiyyatı olmayan layihələrə, o cümlədən zəlzələdən zərər görməyən obyektlərə və yararsız …

Read More »

ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətinin ləğv edib

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Mətni ABŞ administrasiyası tərəfindən dərc edilən sərəncamda qeyd edilib ki, Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır. Sərəncam …

Read More »