Şənbə , 13 Dekabr 2025

Monthly Archives: İyul 2025

Fikrət Cəfərli – həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com  xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil …

Read More »

Azərbaycan Rusiya gərginliyi: BAKININ CƏSARƏTLİ MÖVQEYİ- EKSPERT ŞƏRHİ

Azərbaycanla Rusiya arasında başlanan gərginlik hələ də davam edir. Bu prosesə diqqət edərkən rəsmi Bakının adekvat mövqeyi açıq görünür. Halbuki, əvvəlki illərdə bunun şahidi olmurduq. Rəsmi Bakının bu cəsarəti nədən qaynaqlanır? Onu da nəzərə alaq ki, Avropa ilə də münasibətlərimiz insan haqlarının durumuna görə pisdir. Bəs, Azərbaycan bu prinsipial mövqeyində nəyə arxayındır? Məsələ ilə bağlı  Gununsesi.info-ya açıqlama verən siyasi şərhçi …

Read More »

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi …

Read More »

BMT: Afrika və Qərbi Asiyada ac insanların sayı artır

Az qidalanmadan əziyyət çəkən dünya əhalisinin sayı son bir ildə 673 milyon nəfərə qədər azalıb, lakin Afrika və Qərbi Asiyada ac insanların sayı artır. Boyukmillet.com-un xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda bildirilir. “2024-cü ildə dünya əhalisinin 8,2 %-i və ya təqribən 673 milyon insan aclıqdan …

Read More »

Şəmkirdə sərnişinlər bıçaqlanıb, onlara xəsarət yetirməkdə sürücü şübhəli bilinir

Şəmkirdə sərnişinlər bıçaqlanıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Fransada Netanyahunun vəkilinin öldürülməsi üçün mümkün sifariş araşdırılır

Fransa hakimiyyəti İsrailin Baş naziri Binyamin Netanyahunun vəkili Olivye Pardonun öldürülməsi ilə bağlı mümkün sifarişlə bağlı araşdırmaya başlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Agence France-Presse” Paris Prokurorluğuna istinadən məlumat yayıb. Məlumata görə, O.Pardo bu barədə keçmiş məhbuslardan biri və keçmiş polis informatoru Rudi Terranovanın iyulun 16-da Seneqala səfəri zamanı “Hizbullah” hərəkatının üzvlərinin vəkilə qarşı sui-qəsd sifarişi vermək məqsədi ilə ona …

Read More »

Fransanın nüvə sirləri oğurlanıb

“Neferpitou” ləqəbli haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti “Naval Group”un daxili məlumatlarına giriş əldə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb. Kiberhaker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Dərc edilmiş məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları …

Read More »

Mərakeşdə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Mərakeşin şimalındakı Fes-Saiss hava limanında “Alphajet” təlim təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” agentliyi məlumat yayıb. Qeyd olunur ki, hadisə zamanı Krallığın Hərbi Hava Qüvvələrinin təlim missiyasında olan iki zabiti həlak olub. Mərakeş Krallığının Silahlı Qüvvələri həlak olanların ailələrinə başsağlığı verib. Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.

Read More »

Husilər batmış “Eternity C” gəmisinin azı 10 ekipaj üzvünü Yəmənə aparıblar

“Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə batan “Eternity C” yük gəmisindən azı 10 ekipaj üzvünü Yəmənə aparıblar. Boyukmillet.com xəbər verir ki, dənizçilərin videoyazısını üsyançıların yaratdığı silahlı qüvvələrin mətbuat xidməti yayıb. Görüntülərdə husilərin gəmiyə hücumundan sonra Yəmənə apardığı “Eternity C”nin 10 ekipaj üzvünün adları və fotoşəkilləri əks olunub. Qiyamçıların suallarını cavablandıran ekipaj üzvləri bildiriblər ki, quru yük gəmisi İsrailin Eylat …

Read More »

BU KƏNDİ DÖVLƏT QAYĞISINDAN KİM(LƏR) MƏHRUM EDİR

…Bu gözəlliyə baxın! Təbiətin #ağciyərləri…Bu mənim ata ocağımdır! Bu mənim 20 ildən çox havasıyla, bulaqlarıyla qidanlandığım, dağlarında, yamaclarında quzu otardığım kənddir – Dağüzü kəndi… …Bu kəndə 100-dən çox ev var (var idi). Artıq 29 evin qapısında qıfıl var!!! Ailələr şəraitsizlikdən köç edir başqa şəhərlərə, ölkələrə… Azəriqaz İB , hələ də bu kəndin qazı yoxdur! Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi , …

Read More »