Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

Əsrə bərabər gün – İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri – ŞƏRH

Dünya tarixində müharibəni udub, diplomatiyada uduzan xeyli sayda dövlət tanıyırıq. Döyüş meydanında əldə edilmiş qələbəni diplomatik müstəvidə möhkəmləndirmək hər dövlətə qismət olmur. Azərbaycan isə nəinki son 80 ildə müharibədə tam və mütləq qələbə qazanmış yeganə ölkə oldu, həm də bu qələbəni beynəlxalq səviyyədə tam və olduğu kimi qəbul etdirdi. Bu mənada, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvətilə Vaşinqtona …

Read More »

Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir

“Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”. Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. Sabiq prezident bildirib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu: pizza sifarişi “Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiyanın başlanması da bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin qarantiyası idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı …

Read More »

Zelenski: Ukraynasız sülh mümkün deyil

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ərazi məsələlərində konstitusiyasını poza bilməyəcəyini bəyan edərək: “Ukraynalılar öz torpaqlarını işğalçılara verməyəcəklər” deyib. Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşmək qərarını şərh edən Zelenski Ukraynanın sülh gətirə biləcək real həll yollarına hazır olduğunu bildirib. Lakin o əlavə edib ki, Kiyev olmadan istənilən həll sülhə zidd olacaq.

Read More »

Paşinyan: Mən Naxçıvana getmək istəyirəm…

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-də imzalanmış sənədin hansı maneəni aradan qaldırdığını aydınlaşdırıb. Boyukmillet.com xəbər verir ki, o, jurnalistlərə insanların yoldan maneəsiz istifadə etməli olduğunu bildirib: “Təsəvvür edin ki, Azərbaycan vətəndaşı pasportu ilə Kornidzor körpüsünə yaxınlaşır və deyir: “Mən Naxçıvana getmək istəyirəm, gömrük nəzarəti üçün Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş məbləği ödəməyə hazıram”. Maneə budur. Yaxud, məsələn, Ermənistan vətəndaşı Yeraşxa gedib deyir: …

Read More »

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinistə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib. Boyukmillet.com Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib. Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, …

Read More »

Tramp hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilə bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilə bilər, lakin indi belə bir təhlükə yoxdur. Boyukmillet.com-un məlumatına görə, bunu Tramp Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli mərasimdə deyib. “Dünya müharibəsi ola bilərdi. Mən də bunun qarşısını aldım”, – ABŞ lideri administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səylərə toxunaraq deyib. …

Read More »

Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında …

Read More »

Prezident: Azərbaycanla Ermənistan arasındakı saziş bizim sülh istədiyimizi aydın şəkildə nümayiş etdirir

Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi – sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib. “Biz həm də qarşılıqlı əlaqə istəyirik. Biz bütün region üçün, Ermənistanın özü üçün çoxlu imkanlar açacaq təhlükəsiz dəhliz vasitəsilə ölkəmizin iki hissəsi arasında inteqrasiyanı istəyirik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Read More »

Prezident: Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək

Əminəm ki, “Exxon” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində deyib. Azərbaycanda neftlə bağlı böyük resursların açılması ehtimalını qeyd edən dövlətimizin başçısı “Exxon”un ölkəmizdə böyük təcrübəsinin olduğunu vurğulayaraq bildirib: “Biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, imzalanma mərasimində iştirak etməzdik”.

Read More »

İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir

ABŞ ilə memorandum Azərbaycan qarşısında geniş imkanlar açır. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mediaya müsahibəsində deyib. O bildirib ki, bu gün ABŞ- Azərbaycan əlaqələrində yeni səhifə açılır- Əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi: “Əlbəttə, Azərbaycanın milli maraqlarının qorunması üçün ABŞ ilə bu səviyyədə münasibətlərin qorunması çox vacibdir. Prezident Trampla görüşümüz çox səmimi keçdi. Dostluq şəraitində keçdi. Bir çox …

Read More »